İllinoys Palatası LGBTİ tarixinin tədrisinə səs verdi
İllinoys Nümayəndələr Palatası LGBTİ+ tarixinin dövlət məktəblərində öyrədilməsinə səs verdiyini bildirdi
18/Mar/19
3226
İllinoys Nümayəndələr Palatası LGBTİ+ tarixinin dövlət məktəblərində öyrədilməsinə səs verdiyini bildirdi.
Milli İctimai Radionun verdiyi məlumata əsasən, Palata 13 mart, çərşənbə günü İllinoysdakı tarix kitablarının "ölkə və ştat tarixində lezbiyan, gey, biseksual və transgeder insanların rolu və töhfəsini" əhatə etməsini tələb edəcək qanunu qəbul etdi.
Qanun layihəsi 42 əleyhinə, 60 səs lehinə olmaqla qəbul olunub.
Dəstəkləyənlər qanun layihəsinin İllinoys məktəblərində LGBTİ-lərə qarşı zorakılığın qarşısını alacağını söylədi.
İllinoys LGBTİ+ tarixinin öyrədilməsini tələb edən üçüncü ABŞ ştatı olacaq.
Mənbə: PinkNews