Kiyevdə “Bərabərlik Marşı” necə keçib

Ukrayna paytaxtında LQBTQİ+ hüquqlarına dəstək yürüşü keçirilib

Kiyevdə sənətçilərdən, fəallardan, hərbçilərdən, səfirlərdən və gənclərdən ibarət iştirakçılar “Bərabərlik Marşı” təşkil edib. Tədbirdə 1500-dən çox insan iştirak edib.

Yürüş iştirakçıları Ukrayna hakimiyyətini LQBTQİ+lara qarşı zorakılığın qarşısını almağa və vətəndaş partnyorluğu haqqında qanunun qəbulunu sürətləndirməyə çağırıblar. Keçən il Ukrayna prezidenti eynicinsli cütlüklərin münasibətlərini rəsmiləşdirməyə imkan verən qanunu imzalamağı vəd edib. 

Marş bitən kimi homofoblar “Ailəni, uşaqları və Ukraynanı qoruyaq” və “Hamımız birlikdə, ailə naminə hamı” şüarları altında öz yürüşlərini keçiriblər. Buna baxmayaraq, qarşıdurma olmayıb. Kuir fəallar yürüşü uğurla başa çatdırıblar və Ukrayna hərbçilərinə dəstək məqsədilə 20 mindən çox qrivna toplayıblar.

Fotolar: Sergey Supinski / AFP; Ruslana Kravchenko / Hromadske Radio; KyivPride




Powered by Froala Editor