Sevilfest davam edir!
VI Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı bu il 5-13 iyul tarixlərini əhatə edir
09/Jul/25
46
Sevilfest davam edir!
VI Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı bu il 5-13 iyul tarixlərini əhatə edir. Bakı, Lənkəran və Şəki şəhərlərində təşkil olunan festivalda da dünyanın müxtəlif yerlərindən göndərilən filmlər təqdim olunur, ustad dərsləri və müzakirələr keçirilir.
Təqdim olunan filmlər qadınların həyatından 7 fərqli pəncərə açır - bəzən sükutla, bəzən qışqırıqla dolu, bəzən incə xatirələrlə, bəzən isə sərt həqiqətlərlə.
Festivalın diqqətçəkən tədbirlərindən biri də feminist kino tənqidinin banisi sayılan və “male gaze” (“kişi baxışı”) anlayışını ortaya çıxaran Laura Malvi ilə 9 iyulda baş tutacaq masterklassdır. Laura burada feminizm və kino mədəniyyətinin ilkin dövrləri, habelə nəzəri irsi və şəxsi təcrübələri haqqında danışacaq və auditoriyanın suallarını cavablandıracaq.
Marağımızı çəkən digər bir tədbir isə “Qadınlar kameranın arxasında və önündə: Azərbaycan kino sektorunda gender-əsaslı ayrı-seçkiliklər” adlı panel müzakirəsidir. 11 iyulda baş tutacaq müzakirədə Azərbaycan film sənayesində qadınların qarşılaşdığı müxtəlif çətinliklər – qeyri-bərabər imkanlar, iş yerində diskriminasiya və digər struktural problemlər barədə danışılacaq.
Panel iştirakçıları: İradə Bağırzadə – prodüser, ssenari müəllifi,
Pərvanə Həsənova – operator
Günəş Mehdizadə – aktrisa
Moderator: Vəfa Xanlar
Sevilfestin qarşıdakı günlər üçün nümayiş olunacaq film və tədbirlərinin siyahısı ilə aşağıdakı keçidlərdən tanış ola bilərsiniz:
Ümumi proqram: https://sevilfest.org/proqramlar/
Bakı proqramı üçün buraya klikləyin.
Powered by Froala Editor