Kuba: Trans hüquqları üçün böyük addım

Kuba özünü qadın və ya kişi kimi tanımağın hüquqi tanınmasını təmin edən yeni qanunu təsdiqləyib – artıq cərrahi əməliyyat tələb olunmur.

Xalq Hakimiyyəti Milli Assambleyası tərəfindən bu ay qəbul edilən qanun vətəndaşlara gender kimliklərini öz bəyanları ilə rəsmi olaraq qeyd etdirmək imkanı verir. Qanuna əsasən, ölkənin mülki reyestr sistemi də yenilənir – qeyri-rəsmi nikahlar tanınır və sənədlərin rəqəmsallaşdırılması prosesi başlanır.

Ədliyyə naziri Oskar Silvera Martínez X-də (Twitter) yazıb ki, bu qanun "ölkəyə tam hüquqi qüvvəyə malik, səmərəli rəqəmsal sənədlər təqdim edən müasir bir mülki reyestr" qazandıracaq.

Kuba prezidenti Migel Dias-Kanel isə X-də gənclər üçün hüquqi müdafiə təmin edən başqa bir yeni qanunu alqışlayıb.

Bu qərar, 2022-ci ildən bəri LGBTQ+ hüquqlarında ən böyük islahatlardan biri sayılır. Həmin il qəbul olunan Ailə Məcəlləsi eyni-cinsli nikahı və kuirlərin övladlığa uşaq götürməsini qanuniləşdirmişdi.

Xarici işlər naziri Bruno Rodrigez Parrilla həmin vaxt demişdi: “Xalqımız inqilabi və ruhlandırıcı bir qanunu seçdi – bu, bizi sosial ədalətə doğru daha da yaxınlaşdırır. Bu gün biz daha çox hüquqa malik daha yaxşı bir ölkəyik.”

Powered by Froala Editor