Konçita Vürst yeni klipində qadın obrazı ilə vidalaşdı
Konçita Vürst təxəllüsü tanınan avstriyalı müğənni Tomas Noyvirt yeni klipini təqdim etdi. "Hit Me" mahnısı üçün çəkilmiş klipdə müğənni saçlı və saqqallı kişi obrazında göründü.
20/Mar/19
9696
Konçita Vürst təxəllüsü tanınan avstriyalı müğənni Tomas Noyvirt yeni klipini təqdim etdi. "Hit Me" mahnısı üçün çəkilmiş klipdə müğənni saçlı və saqqallı kişi obrazında göründü.
Avstriyalı müğənni qara trikoda rəqs edir, həmçinin boz idman şalvarında qaranlıq bir otaqda brutal və saqqallı, səssiz bir insana nəsə izah etməyə çalışır. Videonun ideya müəllifi Tomas özü, rejissoru Andre Karseydir.
“Uydurduğun ittihamlarla vur məni
Peşman olacağım şeylərlə vur məni” - deyə nəqəratda Konçita Vürst oxuyur.
Bu, Avroviziya 2014-ün qalibinin ay ərzində tamaşaçılarını şoka saldığı ikinci hadisədir. Belə ki, fevral ayının sonunda İnstaqram hesabında tam qırxılmış saçının bir neçə fotoşəklini nümayiş etdirmişdi.
Sənətçi bir zamanlar "Konçita Vürst qoca bir travestiyə çevriləcək" və "onun da sonu çatacaq" demişdi.