Emir Can İğrek İsa Şahmarlıya mahnı həsr edib
Türkiyəli müğənni Emir Can İğrek öz mahnısını İsa Şahmarlıya həsr edib
09/Aug/25
86
Emir Can İğrek İsa Şahmarlıya mahnı həsr edib
Türkiyəli müğənni Emir Can İğrek öz mahnısını İsa Şahmarlıya həsr edib. O, bu haqda 28 iyunda Kadıköydə baş tutan konserti zamanı çıxış edərkən deyib: “Bu mahnını yazanda İsa Şahmarlı və Eylül Cansın üçün yazmışdım. Klipində də onlara göndərmə etmişdim. Kənara atılan hər kəs üçün bu mahnını yazmışdım. Bir müddətdir ki, oxumurdum. İtirdiyimiz, bu həyatdan qoparılan, məhəllələrdə, küçələrdə, evlərdə tək buraxılan, cinsi yönəlimlərinə görə zorakılığa məruz qalan, bu cəmiyyətdən qoparılan hər kəs üçün “Sapa” mahnısını səsləndirirəm.”
Qeyd edək ki, “Sapa” mahnısı Emir Can İğrek tərəfindən 2020-ci ildə yazılıb. Mahnının həsr olunduğu İsa Şahmarlı və Eylül Cansın kuirfobiyanın qurbanı olub. “Azad LGBT” təşkilatının rəhbəri olan İsa Şahmarlı 22 yanvar 2014-cü ildə özünü göy qurşağı bayrağından asmış, trans qadın olan Eylül Cansın isə 5 yanvar 2015-ci ildə Boğaziçi körpüsündən özünü ataraq intihar etmişdir.
Powered by Froala Editor