AB yeni İİV profilaktika inyeksiyanı təsdiqləyib
AB ildə iki dəfə vurulan yeni İİV profilaktika inyeksiyanı təsdiqləyib
05/Sep/25
74
AB ildə iki dəfə vurulan yeni İİV profilaktika inyeksiyanı təsdiqləyib
Avropanın bəzi bölgələrində İİV hallarının artdığı bir vaxtda yeni müalicə variantı təqdim olunub. Avropa Komissiyası İİV infeksiyasının qarşısını almaq üçün ildə iki dəfə vurulan inyeksiyanı rəsmi olaraq təsdiqləyib. Bu qərar dərmanın Avropa İttifaqı üzrə istifadəsinə yol açır, deyə istehsalçı şirkət Gilead bildirib.
Qərar, Avropa Dərman Agentliyinin (EMA) bir ay əvvəl bu cür ilk dərmanı tövsiyə etməsindən sonra verilib. Ekspertlər bu dərmanı İİV epidemiyasının gedişatında “oyun dəyişdirən” addım kimi qiymətləndirirlər.
Lenakapavir adlanan dərman, profilaktik müalicə üsulu olan PrEP-in bir formasıdır. O, virusun orqanizmdə çoxalmasının və yayılmasının qarşısını alaraq həm böyüklərdə, həm də yeniyetmələrdə İİV-ə yoluxma riskini azaldır.
Klinik sınaqlarda inyeksiyanın İİV-in qarşısını almaqda 100 faiz effektiv olduğu sübuta yetirilib. Bu səbəbdən mütəxəssislər onu 2024-cü ilin ən böyük tibbi nailiyyətlərindən biri adlandırırlar.
Dərman Avropa İttifaqı, Norveç, İslandiya və Lixtenşteyndə Yeytuo adı ilə satılacaq. Bu, ildə iki dəfə tətbiq olunan ilk PrEP variantıdır və gündəlik həblərin qəbul edilməsinə ehtiyacı aradan qaldıracaq.
Gilead Sciences şirkətinin baş tibbi direktoru Dr. Ditmar Berqer bəyanatında bildirib ki, Komissiyanın sürətli təsdiqi Yeytuo-nun Avropada HIV-in qarşısının alınmasında təcili və qarşılanmamış tələbatı ödəmək üçün “transformativ potensialını” vurğulayır.
Yeni müalicə İİV hallarının artdığı bir dövrdə tətbiq edilir. 2023-cü ildə Aİ, İslandiya, Lixtenşteyn və Norveçdə 24,700-dən çox yeni HIV diaqnozu qeydə alınıb ki, bu da 2022-ci illə müqayisədə 11,8 faiz artım deməkdir.
ABŞ Qida və Dərman Administrasiyası (FDA) da dərmanı təsdiqləyib, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə onu İİV-in qarşısının alınması üçün əlavə seçim kimi tövsiyə edib.
Powered by Froala Editor