Dekan: “Eynicinsli nikah təbiətə qarşı üsyandır”
Xəzər Universiteti dekanı: “Eynicinsli nikah təbiətə qarşı üsyandır”
26/Sep/25
258
Xəzər Universiteti dekanı: “Eynicinsli nikah təbiətə qarşı üsyandır”
Xəzər Universitetinin İqtisadiyyat və Biznes yüksək təhsil fakültəsinin dekanı sosial şəbəkədə paylaşdığı açıqlamada eynicinsli nikahı hədəfə alıb. O qeyd edib:
“İlk baxışdan eynicinsli nikahların hazırkı statistikası o qədər də narahatedici görünmür. Amma problem ondadır ki, eynicinsli nikahların qanuni olduğu 1,5 milyard əhalisi olan 39 ölkə əsasən nümunə götürmək istədiyimiz mütərəqqi ölkələrdir…
Eynicinslilərin nikahı təbiətə qarşı üsyandır!”
Bu, Azərbaycanda akademiyada rəhbər mövqedə olan şəxslər tərəfindən LGBTQ+ hüquqlarına qarşı açıq homofob mövqe kimi qeydə alınan son nümunədir.
LGBTQ+ hüquq müdafiəçisi Aleks Şah bu sözləri açıq-aşkar homofobiya kimi qınayıb və dekanın fikrinin "universitetlərin müdafiə etməli olduğu akademik dürüstlük və bərabərlik prinsiplərini pozduğunu” bildirib. “Ali təhsil müəssisələri qorxu və təcrid deyil, hörmət, müxtəliflik və insan ləyaqətini inkişaf etdirməlidir."
Powered by Froala Editor