Avstriya Avroviziya 2026-ya ev sahibliyindən imtina edə bilər
İsrailin “Avroviziya” mahnı müsabiqəsindən kənarlaşdırılması ehtimalı ilə bağlı müzakirələr Avropada qalmaqala səbəb olub
10/Oct/25
52
Avstriya Avroviziya 2026-ya ev sahibliyindən imtina edə bilər
İsrailin “Avroviziya” mahnı müsabiqəsindən kənarlaşdırılması ehtimalı ilə bağlı müzakirələr Avropada qalmaqala səbəb olub. Məsələ ilə bağlı bu dəfə müsabiqənin 2026-cı il üzrə ev sahibi ölkə – Avstriya gündəmə gəlib.
12xal-ın məlumatına görə, Avstriya hökuməti İsrailin yarışmadan çıxarılması ssenarisinə qarşı sərt mövqenümayiş etdirib. Rəsmilər bildiriblər ki, əgər İsrail müsabiqədən diskvalifikasiya olunsa, hökumət Vyana şəhərinə və dövlət yayımçısına təzyiq göstərəcək ki, ölkə “Avroviziya 2026”-ya ev sahibliyindən imtina etsin.
Məlumatda qeyd olunur ki, Avstriyanın dövlət yayımçısı da hökumətin bu mövqeyinə qarşı çıxmaq niyyətində deyil. Kanalın baş direktoru İsrailə açıq dəstəyini ifadə edib.
Avstriyanın xarici işlər naziri isə məsələ ilə bağlı açıqlamasında deyib:
“Boykot çağırışları mənasızdır. Təzyiqə və ya şantaja boyun əymək düzgün olmazdı. Bu müsabiqə sənətçilər arasındadır, siyasətçilər arasında deyil.”
Rəsmi məlumatlara əsasən, əgər Avstriya müsabiqəni keçirməkdən imtina etsə, ölkə Avropa Yayım Birliyinə (AYB) 40 milyon avro məbləğində təzminat ödəməli olacaq. Çünki Avstriya yazılı şəkildə “Avroviziya 2026”-ya ev sahibliyini qəbul edib.
Hazırkı vəziyyət “Avroviziya”nın gələn il keçirilib-keçirilməyəcəyi ilə bağlı qeyri-müəyyənlik yaradıb. AYB-nin mövqeyi hələlik açıqlanmayıb.
Powered by Froala Editor