ABŞ-da sağçı qruplardan “transgender terrorizmi” təşəbbüsü

Amerika Birləşmiş Ştatlarında Donald Trump administrasiyasına yaxın iki sağçı təşkilat — Heritage Foundation və onun törəməsi Oversight Project — Federal Təhqiqat Bürosuna yeni bir daxili terror kateqoriyası yaradılması çağırışı edən onlayn kampaniya başladıb. 

Kampaniya “Transgender İdeologiyasından ilhamlanan Zorakı  Ekstremizm” (“Transgender Ideology-Inspired Violent Extremism”, TIVE) adlı konstruksiyanı təqdim edir və bu anlayışı “radikal transgender ideologiyasını qəbul etməyənlərə qarşı zorakılığın haqlı hesab edilməsini inanc” kimi izah edir.

Dərc edilmiş memorandumda hətta transların mövcudluğunu inkar etməyin özünəqəsd və psixoloji zərər risklərini artırdığı elmi sübut edilmiş arqument də “terrorizm” kimi damğalanmağa çalışılır.

Bu kampaniya iddia edir ki, “TIVE” məktəblərdə baş verən çoxsaylı atışma hadisələrinin əksəriyyətində rol oynayıb. Bu iddia statistik reallıqlara tamamilə ziddir: faktiki olaraq, məktəb atışmalarının və digər çoxsaylı atışmaların ortaq cəhəti — cinayətkarların əksəriyyətinin cisgender kişi olmasıdır. Belə bir çərçivə ilə trans təşəbbüsləri potensial terror riski olaraq təqdim etmək, ABŞ-də əsas konstitusiya hüquqlarına — ifadə azadlığı, birləşmə azadlığı, qanun qarşısında bərabərlik — zərbə vurma ehtimalı daşıyır.

Powered by Froala Editor