Rob Jetten Niderlandın ilk açıq gey baş naziri ola bilər
29 oktyabrda keçirilən növbədənkənar parlament seçkilərində Niderlandda aşırı sağçı qüvvələr məğlubiyyətə uğrayıb
                            
                            
                             31/Oct/25
                        
                            
                            
                            34
                        
Rob Jetten Niderlandın ilk açıq gey baş naziri ola bilər
29 oktyabrda keçirilən növbədənkənar parlament seçkilərində Niderlandda aşırı sağçı qüvvələr məğlubiyyətə uğrayıb, liberal-sosial-demokrat xəttini təmsil edən Demokratlar 66 Partiyası (D66) birinci yerə çıxıb.
Səslərin 95 faizinin sayıldığı nəticələrə görə, D66 və digər əsas partiya parlamentdə hərəsi 26yer qazanıb. D66 lideri, 38 yaşlı Rob Jetten, ölkənin ən gənc və ilk açıq gey baş naziri olmağa hazırlaşır.
Jetten Obama-sayağı “Het kan wel” (“Bacararıq”) şüarı ilə apardığı kampaniyada son həftələrdə ciddi yüksəliş əldə edib. Televiziya verilişlərinə qatılaraq daha çox tanınıb və seçicilərlə birbaşa əlaqə qurub.
O, kampaniya zamanı aşırı sağçı siyasətçi Geert Wilders-i “LGBTİ+ hüquqlarını guya müdafiə edirmiş kimi davranaraq müsəlmanları hədəf almaqda” ittiham edib.
Seçki günü paylaşdığı mesajında Jetten belə deyib:
“Bu gün ölkəmizin yolunu müəyyənləşdiririk. Ya durğunluqda qalacağıq, ya da birlikdə Wilders-in səhifəsini bağlayacağıq. Mən irəli baxan, ümid və həmrəyliyi seçən bir Niderland istəyirəm.”
Jetten-in qalibiyyəti Hollandiya siyasətində həm nəsil, həm də dəyərlər baxımından dönüş nöqtəsi kimi qiymətləndirilir.
Powered by Froala Editor
 
                                     
         
         
        