Albaniya “Gender bərabərliyi haqqında” inklüziv qanun qəbul edib

Albaniya hökuməti, Avropa İttifaqı standartlarına uyğunlaşdırılması üçün hazırladığı Gender Bərabərliyi Qanununda genderi “yalnız bioloji olaraq dəyişdirilə bilməyən qadın və kişi” kimi müəyyən edən ifadəni layihədən çıxarıb. 

LGBTQİ+ aktivistləri bu tərifin genderin hüquqi tanınmasını faktiki olaraq mümkünsüz edəcəyini və intersekslərə razılıqsız tibbi müdaxilələrin artmasına gətirib çıxaracağını vurğulayırdılar.

Bu müddəanın qanun layihəsindən çıxarılmasından sonra parlament 30 oktyabr tarixində gender anlayışını İstanbul Konvensiyasına uyğunlaşdıran və seksual orientasiya, gender kimliyi və ifadəsi əsasında ayrı-seçkiliyi qadağan edən yeni Gender Bərabərliyi Qanununu qəbul edib.

Powered by Froala Editor