İslandiya İsrailin iştirakına görə Avroviziya 2026-nı boykot edir

İslandiya İsrailin müsabiqədə iştirakına etiraz olaraq 2026 Avroviziya Mahnı Müsabiqəsini boykot edən ən son ölkə olub.

Dekabrın 10-da İslandiyanın ictimai yayımçısı RÚV açıqlama yayaraq, İspaniya, İrlandiya, Sloveniya və Niderland ilə birlikdə Vyanada keçiriləcək 2026-cı il müsabiqəsində iştirakdan imtina etdiyini bildirib.

RÚV-un bəyanatında qeyd olunur ki, İsrailin milli yayımçısı KAN-ın müsabiqədə iştirakı Avropa Yayım Birliyinin (EBU) üzvləri və ictimaiyyət arasında ciddi parçalanma yaradıb.

BBC-nin məlumatına görə, RÚV daha əvvəl də müsabiqədən çəkilmək niyyətində idi, lakin yekun qərar yayımçının idarə heyətində müzakirədən sonra verilib.

Bu qərar dekabrın 4-də AYB üzvləri arasında keçirilən səsvermədən sonra qəbul edilib. Həmin səsvermə nəticəsində müsabiqə qaydalarında edilən dəyişikliklər İsrailin 2026-cı ildə də iştirakına imkan verib. Səsvermədən dərhal sonra bir neçə ölkə boykot edəcəyini açıqlayıb.

Qəzzada müharibə başladıqdan sonra bir sıra Avroviziya iştirakçıları İsrailin müsabiqədə qalmasına etirazlarını açıq şəkildə ifadə ediblər. Eyni zamanda, İsrailin 2024-cü il təmsilçisi Yuval Rafael üçün ictimai səsvermədə nəticələri süni şəkildə artırmaq məqsədilə kampaniya aparıldığı iddiaları da səsləndirilib.

Powered by Froala Editor