Minority Azərbaycan aylıq dəstək platformasını istifadəyə verib

Minority Azərbaycan kuir media platforması fəaliyyətinin davamlılığını təmin etmək məqsədilə aylıq €3-luq dəstək mexanizmini istifadəyə verib.

Azərbaycanda kuir jurnalistikanın təhlükəsiz şəkildə mövcud olması mümkün olmadığından, platforma öz fəaliyyətini oxucuların və icmanın dəstəyi hesabına davam etdirir. Bu dəstək mexanizmi reportajların hazırlanması, redaktəsi və platformanın onlayn qalması kimi əsas xərcləri qarşılamanı hədəfləyir.

Layihənin məqsədi 1.000 nəfərin ayda €3 dəstəyi ilə Minority Azərbaycanın müntəzəm və müstəqil şəkildə fəaliyyətini davam etdirməsinə imkan yaratmaqdır.

Dəstək olmaq istəyənlər aylıq töhfə ilə bu işin bir parçasına çevrilə bilərlər.

Dəstək olmaq üçün buradan Patreon platformasına keçid edin

Powered by Froala Editor