Beyonse Cey-Zi ilə birgə GLAAD mükafatlandırma mərasimində LGBT+ icması haqqında

 emosional çıxış etdi.


LGBT hüquqlarının güclü tərəfdarları olan və 28 mart Los-Ancelesdə LGBT xeyriyyəçilik mükafatı olan Vanquard mükafatını alan musiqi şahzadələri GLAAD mükafatlandırma mərasiminə qatıldılar.

Beyonse LGBT + hüquqlarının insan hüquqları olduğunu deyir. 

Beyonse çıxışında HİV böhranı zamanı ölən dayısını emosional şəkildə yad etdi.


O dedi: "Mən bu mükafatı bacımın və mənim böyüməyimə kömək edən, tanıdığım ən heyrətamiz gey Conni dayıma həsr etmək istəyirəm."

Müğənni izah etdi: "O, öz həqiqətini yaşadı. Bu ölkənin insanları oldugu kimi qəbul etmədiyi bir dövrdə cəsarətli idi və heç nəyə görə peşman deyildi. Onun HİV ilə mübarizəsinə şahidlik etdiyim dövr həyatımın ən ağrılı təcrübələrindən biridir.” 

"Ümid edirəm ki, onun mübarizəsi digər gənclərin daha sərbəst yaşaması üçün yollar açmağa xidmət etmişdir. LGBTQI hüquqları insan hüquqlarıdır."