"Laura Pergolizzi" Sizə nə xatırladır?
Əgər musiqi zövqünüzə güvənirsinizsə, bu ad mütləq içinizdə bir yeri titrədəcək. “Lost on you”, ya da “Forever for now”.
18/Feb/19
6555
Laura Pergolizzi. Sizə nə xatırladır?
Əgər musiqi zövqünüzə güvənirsinizsə, bu ad mütləq içinizdə bir yeri titrədəcək. “Lost on you”, ya da “Forever for now”. Heyrətamizdir. Bütün musiqilərinin ta tərinliyində sirli bir kədər hakimdir. Sonra o kədər getdikcə böyüyür, dərinlərdən üzü yuxarı qalxır və rənglərə çevrilərək insanın saçlarına, əllərinə dağılır. Musiqilərinin sehrinə düşüb ona aşiq olmamaq mümkün deyil.
Hə, doğru! Ona mən də vurulmuşdum. Gülüşü də, saçları da məni heyran edirdi, ən az bəstələri qədər. Bir gün onu araşdırdım və əslində qadın olduğunu öyrəndim. Onsuz da bir kişinin səsinin bu qədər qadınsayağı və bu qədər incəliklə, mükəmməlliklə musiqiyə çevrilməsi mənə qəribə gəlirdi.
Düzü, bir az qəribə olmuşdum. Fotolarına baxmağa başladım. Əllərinə, boynuna, üzünə, bədəninə. O nə vaxtsa qadın olmuşdu, eynən mənim kimi. Amma indi qadın kimi görünmürdü. Və bu ona yaraşırdı. Çünki bunu istəyirdi. Laura bunu istəmişdi. Və milyonlarla heyranı vardı.
Özü idi çünki. Lesbiyandır.
Rəfiqəm dedi ki, heç vaxt onu dinləmərəm və heç vaxt arzu etmərəm ki, övladım nə vaxtsa onun kimi adamların mahnılarını dinləsin, zövq alsın. Tutulub qaldım və heç bir reaksiya verə bilmədim.
Əgər sən bir musiqi dinləyib zövq alırsansa, nə fərqi var axı, onu kim oxuyub?
Mən uşaq olanda evdə Samir Bağırovun mahnılarına hamı nifrət edirdi. Ələ salırdılar, gülürdülər. Bir az keçir, acıqlanırdırlar. Hətta mənə onu dinləməyi qadağa belə etmişdilər.
Uşaq olursan, qadağalar beyninə, zehniyyətinə hopur. Zövqün və özün formalaşdıqca seçməyə başlayırsan. Baxırsan ki, Samir Bağırovun elə mahnısı var, özündən başqa heç bir müğənni onu oxuya bilməz, o hissi verə bilməz. Baxırsan ki, LP ləqəbli Laura adlı qadın möhtəşəmdir. Bəhanə ola bilməz. Zövqlüdür, gözəldir, insanı ovsunlayır, vəssalam.
LP musiqisi ilə ibadət də edə bilərsiniz. LP müsiqisi ilə tək də qala bilərsiniz. O siz anlayacaq. Məhz məni anlayır. Qadın sevgimi anlayır. Deyir, sən xəstə deyilsən. Bu, xəstəlik deyil. LP deyir, qorxma, hər şey yaxşı olacaq. Yaşa, zövq al, azad ol!
Mövqe: Leyla.