AI: “LGBTQİ fərdləri diskriminasiya ilə üzləşməyə davam ediblər”
Amnesty International: “LGBTQİ fərdləri diskriminasiya ilə üzləşməyə davam ediblər”
30/Apr/26
38
Amnesty International: “LGBTQİ fərdləri diskriminasiya ilə üzləşməyə davam ediblər”
Amnesty International son illik hesabatında Azərbaycanda qadınlar və LGBTQİ+ların ayrı-seçkilik, gender əsaslı zorakılıq və dövlət tərəfindən təqiblərlə üzləşdiyini qeyd edib.
Amnesty International aprelin 21-də “Dünyada insan haqlarının vəziyyəti” adlı illik hesabatını açıqlayıb. Hesabat 2025-ci ildə 144 ölkədə insan haqlarının vəziyyətini əhatə edir və milli, regional və qlobal səviyyədə baş verən inkişafları geniş şəkildə təhlil edir.
Hesabatda bildirilir ki, Azərbaycan hakimiyyəti hüquq pozuntularının qarşısını almaqda, onları araşdırmaqda və ya pozuntuları törədənləri cəzalandırmaqda aciz qaldığına görə, qadınlar və LGBTQİ+lar gender əsaslı zorakılıq və dövlət təqibləri daxil olmaqla, diskriminasiya ilə üzləşməyə davam ediblər. 8 martda LGBTQİ fəalı Rauf Heydərova Bakıda keçirdiyi təkadamlıq etiraz aksiyasından sonra 30 sutka inzibati həbs cəzası verilib.
4 noyabrda Rüzgar adı ilə tanınan LGBTQİ+ gənc Yasin İbadov, seksual orientasiyası ilə bağlı əvvəllər aldığı təhdidlərdən sonra Bakıda ailə üzvü tərəfindən bıçaqlanaraq öldürülüb. Şahidlər polisin və tibbi yardımın hadisəyə gec reaksiya verdiyini bildiriblər.
Powered by Froala Editor