Rüzgarın qatilinə 14 il 6 ay həbs verilib
Bakı Ağır Cinayətlər Məhkəməsi mayın 6-da kuir gənc Rüzgarın qətli ilə bağlı işin son qərarını açıqlayıb
15/May/26
63
Rüzgarın qatilinə 14 il 6 ay həbs verilib
Bakı Ağır Cinayətlər Məhkəməsi mayın 6-da kuir gənc Rüzgarın qətli ilə bağlı işin son qərarını açıqlayıb. Hakim Elman Rüstəmovun sədrlik etdiyi məhkəmə, keçən ilin noyabrında 19 yaşlı Rüzgarı öldürən əmisi Babək İbadovu 14 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Dövlət ittihamçısı İbadov üçün 17 il həbs cəzası tələb etmişdi.
26 yanvarda başlayan və 3 ay 10 gün davam edən proses Azərbaycanda LGBTQ+ icmasına qarşı törədilən nifrət cinayətlərinin qarşısında ədalət sisteminin nə qədər zəif dayandığını bir daha göstərib.
Prosesin bir digər ağrılı detalı isə Rüzgarın ailəsinin mövqeyi olub. Atası Seymur İbadov məhkəmədə qardaşı ilə “barışıq elan etdiklərini” bildirib. Rüzgarın hüquqi varisi kimi tanınan anası isə qatili bağışladığını açıqlayıb.
İbadov məhkəmə boyunca cəzadan yayınmağa da cəhd edib. Vəkili həm martda, həm də aprelin əvvəlində psixiatrik ekspertiza tələb etsə də, hər iki vəsatət rədd edilib.
Xatırladaq ki, Türkiyədə yaşayan Rüzgar yalnız xarici pasportunu yeniləmək üçün cəmi 10 günlüyə Bakıya gəlmişdi. 6 noyabr 2025-ci ildə “Tarqovı” arxasındakı Bəşir Səfəroğlu küçəsində əmisi tərəfindən qətlə yetirilib.
Powered by Froala Editor