Azərbaycanlı kuir fəal Nana Babazadənin müdafiəsi tələb olunur

“Deportasiya təhlükəsi altında yaşayırıq”

Miqrant və Qaçqın Həmrəylik Şəbəkəsi və Nanaya Azadlıq Platforması həm Türkiyədə, həm də deportasiyadan sonra azərbaycanlı kuir fəal Nana Xanım Babazadənin üzləşdiyi hüquq pozuntularını ictimaiyyətlə bölüşüb.

Azərbaycanlı kuir, feminist və veqan fəal Nana Xanım Babazadənin (Nana) üzləşdiyi hüquq pozuntuları İstanbulda keçirilən mətbuat konfransında ictimaiyyətin diqqətinə çatdırılıb.

İnsan Hüquqları Assosiasiyasının (İHD) İstanbul şöbəsində Miqrant və Qaçqın Həmrəylik Şəbəkəsi və Nanaya Azadlıq Platforması tərəfindən təşkil edilən görüşdə Babazadənin Türkiyədə yaşadığı dövrdən və Azərbaycana deportasiyasından tutmuş sonrakı təhlükəsizlik problemlərinə qədər yaşadığı bütün sınaqlarla bağlı detallar paylaşılıb.

Bianet-in məlumatına görə, platformanın yaydığı bəyanatda Babazadənin qadın hüquqları, LGBTQİ+ hüquqları və heyvan hüquqları sahəsindəki işlərinə görə hədəfə çevrildiyi qeyd edilib və onun təcrübəsi insan hüquqları müdafiəçilərinə qarşı istifadə edilən repressiya mexanizmlərinin nümunəsi kimi təsvir edilib.

Powered by Froala Editor