Azərbaycan Avropa Şurasından tamamilə çıxmağı düşünür
Prezident İlham Əliyev iyulun 13-də IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Azərbaycanın Avropa Şurasından tam çıxması ehtimalını istisna etməyib
18/Jul/26
18
Azərbaycan Avropa Şurasından tamamilə çıxmağı düşünür
Prezident İlham Əliyev iyulun 13-də IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Azərbaycanın Avropa Şurasından tam çıxması ehtimalını istisna etməyib.
Prezidentin sözlərinə görə, Azərbaycan və Ermənistan 2025-ci ildə ABŞ-də Prezident Donald Trampın iştirakı ilə sülh sazişini paraflayıblar. Bununla da, Azərbaycan Ermənistana tətbiq etdiyi məhdudiyyətləri birtərəfli qaydada aradan qaldırıb.
Prezident İlham Əliyev bilidirb ki, Rusiyadan, Qazaxıstandan və digər ölkələrdən Ermənistana 40 min tondan artıq müxtəlif yük daşınıb.Bundan əlavə, Azərbaycan Ermənistana neft məhsulları təchiz etməyə başlayıb və indiyədək 10 min tondan artıq məhsul göndərilib.
“Bütün bunlar onu göstərir ki, düzəliş tam köhnəlib və tamamilə aradan qaldırılmalı, ləğv edilməlidir”, – Prezident İlham Əliyev deyib.
Prezident Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) səsvermə hüququndan məhrum edilməsini “ədalətsiz qərar” adlandırıb.
“Azərbaycan tam olaraq təşkilatdan çıxmağı gözdən keçirir. Nəinki üzvlüyümüzün dayandırılması, dondurulması, birmənalı olaraq, həmin təsisatından getməyimizi nəzərdən keçiririk”, — Prezident bildirib.
Qeyd edək ki, Avropa Şurasına üzvlüyün ilkin şərtlərindən biri kimi eyni-cinsli münasibətlər 2000-ci ildə Azərbaycanda cinayət məsuliyyətindən azad edilib. Lakin homoseksuallığın kağız üzərində cinayət məsuliyyətindən azad edilməsinə baxmayaraq, bu qərardan sonra LGBTQİ+lara qarşı ayrı-seçkiliyi aradan qaldırmaq üçün heç bir tədbir və ya plan həyata keçirilməyib.
Powered by Froala Editor