Match Group Sniffies platformasına 100 milyon dollar investisiya edib

Tinder-in ana şirkəti Match Group qeyri-heteroseksual kişilər üçün nəzərdə tutulmuş tanışlıq platforması Sniffies-ə bu ilin aprel ayında 100 milyon dollar investisiya yatırıb. Bu barədə Reuters məlumat verib. Sövdələşmə Match-ə əhəmiyyətli minoritar pay, həmçinin gələcəkdə qalan hissəni satın alma hüququ verib.

Match son dövrdə tənəzzüldən çıxmağa çalışır.  Gənc istifadəçilərin tanışlıq tətbiqlərinə münasibətdə daha seçici olması fonunda mənfi təcrübələri azaltmaq üçün əsas funksiyalarını yeniləyir.

Şirkətin açıqlamasına görə, Sniffies dünya üzrə təxminən 3 milyon aylıq aktiv istifadəçiyə malikdir. Match belə strategiyanı əvvəllər də tətbiq edib. Belə ki, şirkət Hinge-ə ilk dəfə 2017-ci ildə investisiya qoymuş, 2018-ci ilin sonunda isə şirkəti tam satın almışdı.

Tanışlıq tətbiqləri arasında rəqabət güclənir, bir çox şirkət isə istifadəçi seçimlərinə uyğunlaşmaq üçün süni intellekt əsaslı funksiyalara ümid bağlayır. LGBTQİ+ tanışlıq tətbiqi Grindr keçən il ən iri iki səhmdarının təklif etdiyi 3,46 milyard dollarlıq özəlləşdirmə sövdələşməsi üzrə danışıqları maliyyələşmə ilə bağlı qeyri-müəyyənlik səbəbindən dayandırmışdı.

Sniffies digər kişilərlə gizli seks-pozitiv təsadüfi görüşlərdə maraqlı olan kişilər üçün kruiz tətbiqidir. Platformadakı üzvlər arasında ən populyar kinklərdən bəziləri edging, sperma oyunu və BDSM-dir.  Match Group-un investisiyasından sonra Sniffies istifadəçiləri gey tanışlıq tətbiqinin "heterolaşmasından" narahatlıqlarını bildiriblər. 

Powered by Froala Editor