Batumidə çeçen mənşəli trans kişinin meyiti tapılıb

Gürcüstanın Batumi şəhərində avqustun ortalarında 21 yaşlı trans kişinin meyiti tapılıb. Gürcüstan hakimiyyəti onun ölümünü intihara təhrik maddəsi üzrə araşdırsa da, mərhumun qardaşı bunun gender kimliyinə görə "zorakı qətl" ola biləcəyini bildirib. Məlumatı OC Media yayıb.

2022-ci ildən Gürcüstanda yaşayan Dmitri Menyayevin meyiti 15 avqustda Batumidəki Mamia Komaxidze küçəsində yerləşən binada, qardaşına məxsus mənzildə aşkarlanıb. Bina sakinləri mənzildən gələn güclü qoxuya görə 112-yə zəng ediblər. Menyayev Moskvada anadan olub, Gürcüstana köçənədək Sankt-Peterburqda yaşayıb. Onun ölümü barədə ilk məlumatlar 22 avqustda mediada yayılıb, ailə isə hakimiyyət tərəfindən meyit aşkarlandıqdan sonra xəbərdar edilib.

Menyayevin qardaşı Kuzma Yakimets işin yenidən təsnifləşdirilməsini tələb edərək bildirib ki, qardaşının ölümündən əvvəl heç bir narahatlıq əlaməti göstərmədiyini deyib: "Heç bir şikayət, ağır mövzu yox idi. Sadə ünsiyyət idi, heç bir problemə işarə olmadan". Yakimets son dəfə qardaşı ilə 1 avqustda danışdığını, əvvəlcə onun 3 avqustda son dəfə onlayn görüntüləndiyini düşündüyünü, sonradan isə ortaq bir tanışın onunla 4 avqustda əlaqə saxladığını öyrəndiyini bildirib.

Davam edən istintaqa görə detalları açıqlaya bilmədiyini vurğulayan Yakimets, mənzilin qeyri-adi dərəcədə dağınıq olduğunu, "əşyaların hər tərəfə səpələndiyini" və onun fikrincə mənzildə başqa bir şəxsin olduğuna dair əlamətlərin mövcud olduğunu bildirib. Yakimets ölümün zorakı xarakter daşıdığına inandığını, lakin istintaqın hələ ekspert rəyini gözlədiyi üçün işin qətl kimi yenidən təsnifləşdirilmədiyini əlavə edib: "Əsas odur ki, ölüm zorakı olub. Bu, təbii ölüm deyildi, qəza deyildi, intihar da deyildi".

Ailəni təmsil edən vəkil Zviad Markoidze bildirib ki, meyitin səthi müayinəsi zamanı zorakılıq əlaməti aşkarlanmayıb, lakin ölüm səbəbi hələ müəyyənləşdirilməyib. Meyitin tapıldığı zaman artıq parçalanma prosesinə başladığını qeyd edən vəkil, bunun ölüm səbəbinin müəyyənləşdirilməsini çətinləşdirə biləcəyini bildirib. Ekspert rəyi hələ açıqlanmayıb.

Gürcüstan Daxili İşlər Nazirliyi OC Media-ya bildirib ki, Menyayevin ölümü Cinayət Məcəlləsinin "intihara təhrik" maddəsi əsasında araşdırılır.

Yakimets Çeçenistandakı qohumların qardaşının ölümü ilə əlaqəli ola biləcəyi, bunun onun trans olması ilə bağlı ola biləcəyi ehtimalını istisna etmədiyini bildirib. Bununla belə, Yakimets bu iddiaya dair heç bir sübutunun olmadığını vurğulayaraq bildirib.

Powered by Froala Editor