IGLYO məktəblərdə LGBTQİ+ gənclərin təcrübəsini araşdıran sorğu keçirir
Avropanın ən böyük LGBTQİ+ gənclər şəbəkəsi olan IGLYO məktəblərdə LGBTQİ+ gənclərin təcrübəsini araşdıran pan-Avropa sorğusunun ikinci nəşrini elan edib
10/Sep/26
50
IGLYO məktəblərdə LGBTQİ+ gənclərin təcrübəsini araşdıran sorğu keçirir
Avropanın ən böyük LGBTQİ+ gənclər şəbəkəsi olan IGLYO məktəblərdə LGBTQİ+ gənclərin təcrübəsini araşdıran pan-Avropa sorğusunun ikinci nəşrini elan edib. Anonim sorğu 30 sentyabr 2026-cı il tarixinədək açıqdır.
Sorğu hazırda məktəbdə oxuyan, yaxın zamanda məzun olmuş və ya məktəbi tərk etməli olmuş LGBTQİ+ gənclərin təcrübəsini araşdırır. Suallar məktəb siyasətləri, ayrı-seçkilik və bullinq halları, psixi sağlamlıq və rifah, eləcə də gender tanınması və məktəbdə inklüzivlik mövzularını əhatə edir. Sorğunun doldurulması təxminən 15 dəqiqə çəkir, tamamilə anonim və məxfidir.
Sorğuda 15-24 yaş arasında olan və Azərbaycanda və Avropa Şurasının üzv ölkələrində (Rusiya, Belarus və ya Kosovo da daxil olmaqla) təhsil almış şəxslər iştirak edə bilər. IGLYO xüsusilə qadın, trans, qeyri-binar və interseks gənclər və etnik azlıqlara mənsub gənclər, mühacir və qaçqın gənclər, əlilliyi olan gənclər və İİV ilə yaşayan gənclərdən cavab almağa üstünlük verir.
Sorğunun nəticələri Avropa və milli səviyyədə siyasətçilər tərəfindən məktəb mühitinin təhlükəsizliyini artırmaq üçün istifadə olunacaq. IGLYO həmçinin ölkə üzrə hesabatlar da hazırlayacaq.
Sorğunu doldurmaq üçün buraya keçid edin.
Powered by Froala Editor