Grindr 26 milyon funt ödəyəcək
Populyar kuir tanışlıq tətbiqi Grindr-in sahibləri, xidmətin istifadəçilərin şəxsi məlumatlarını üçüncü tərəflərə ötürməkdə ittiham olunur
11/Sep/26
29
Grindr 26 milyon funt ödəyəcək
Populyar kuir tanışlıq tətbiqi Grindr-in sahibləri, xidmətin istifadəçilərin şəxsi məlumatlarını, o cümlədən İİV statusuna dair məlumatları üçüncü tərəflərə ötürməkdə ittiham olunduğu kollektiv iddianı 26 milyon funt sterlinq ödəməklə həll etməyə razılaşıb.
Grindr-a qarşı iddia 2024-cü ildə Böyük Britaniyanın Ali Məhkəməsinə verilib, sonradan ABŞ-da da oxşar proses başladılıb. İddiaçıları təmsil edən Austen Hayes hüquq firmasının məlumatına görə, prosesə 11 mindən çox şəxs qoşulub.
İddiaçılar Grindr-ın lazımi razılıq olmadan istifadəçilərin həssas məlumatlarını, seksual oriyentasiya, etnik mənsubiyyət, İİV statusu və son İİV testinin tarixi daxil olmaqla kommersiya məqsədləri ilə üçüncü tərəflərə ötürdüyünü iddia edib. İş materiallarında bu məlumatların bir hissəsinə giriş əldə etmiş Apptimize və Localytics analitik xidmətlərinin adı çəkilib. İddiaçılara görə, məlumatlar reklamın fərdiləşdirilməsi üçün də istifadə oluna bilərdi.
Grindr-ın İİV statusuna dair məlumatları analitik şirkətlərə ötürdüyü hələ 2018-ci ildə məlum olub. O zaman şirkət bu təcrübənin sahə standartlarına uyğun olduğunu bildirib, sonradan isə bu məlumatların ötürülməsinə son qoyub.
Grindr vurğulayıb ki, iddialar şirkətin 2020-ci ilədək məlumat emalı təcrübəsinə aid olub. Şirkətin rəsmi bəyanatında deyilib: "Grindr irəli sürülən ittihamlarla razılaşmasa da, bəzi Britaniya istifadəçilərinin 2020-ci ilədək olan dövrlə bağlı bildirdiyi narahatlığı və etimadın itirilməsini etiraf edir."
Grindr bildirib ki, 2020-ci ildən şirkət şəxsi məlumatların qorunması yanaşmasını əhəmiyyətli dərəcədə dəyişib və şəffaflıq, istifadəçilərin öz məlumatları üzərində nəzarəti və xidmətin təhlükəsizliyi istiqamətində işini davam etdirir.
Powered by Froala Editor