Prezident Erdoğan BMT Baş Assambleyasında LGBTİ+ları hədəf alıb 

"Biz bu mühasirəni yalnız kişi və qadından ibarət ailəni qorumaqla yara bilərik" deyən Prezident Erdoğan, bu istiqamətdəki siyasətini davam etdirəcəyini bildirib. Bu barədə Kaos GL xəbər verib. 

Türkiyə Prezidenti Recep Tayyib Erdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı "qlobal gendersizləşdirmə" məsələsinə toxunaraq LGBTİ+ları hədəf alıb. Prezident Erdoğan "qlobal gendersizləşdirmə siyasətləri" kimi xarakterizə etdiyi siyasətlərin ailə institutunu və uşaqları hədəf aldığını iddia edib.

Prezident Erdoğan çıxışı zamanı deyib:

“Dünyamız sürətlə dəyişərkən, bəşəriyyət yeni sosial təhdidlərlə üzləşməyə başlayıb. Bunların arasında ən başlıcası Qərbdə taun kimi yayılan islamofobiyadır. Son illərdə müsəlman qadınlar və qızlar getdikcə daha çox ayrı-seçkiliyə məruz qalırlar. Biz bəzi ölkələrin məktəblərində tətbiq edilən baş örtüyü qadağalarını qadınların ən təməl hüquqlarına qarşı hücum kimi qiymətləndiririk. Artan ksenofobiya, mədəni irqçilik və antisemitizm də qətiyyətlə mübarizə aparılmalı olan zərərli meyillərdir. Biz dərk etməliyik ki, gender fərqlərini aradan qaldırmağa yönəlmiş qlobal səylər bu siyasətləri təkcə ailə institutunu deyil, həm də günahsız uşaqları hədəf alan bir mühasirəyə çevirib. Biz bu mühasirəni yalnız kişi və qadından ibarət ailə birliyini qorumaqla yara bilərik. Lobbi qruplarının hücumlarına baxmayaraq, Türkiyə ailələrin və uşaqların qorunması istiqamətində təşəbbüsü öz üzərinə götürməyə davam edəcək. Sosial sülhü təhdid edən digər bir amil isə sosial mediada dezinformasiyanın yayılmasıdır. Həqiqəti müdafiə etmək bu gün hər zamankından daha vacib hala gəlib. Süni intellekt də oxşar bir çağırış yaradır. Süni intellektlə bağlı ortaq beynəlxalq hüquqi çərçivənin yaradılmasının vaxtı çoxdan çatıb.”

Powered by Froala Editor