Chris Pappas ABŞ Senatının ilk açıq gey üzvü olacaq

ABŞ Nümayəndələr Palatasının dörd müddətli Demokrat üzvü Chris Pappas Nyu-Hempşir ştatında keçirilən Senat seçkilərində qalib gəlib və ABŞ Senatının yuxarı palatasında xidmət edən ilk açıq gey kişi olacaq.

46 yaşlı Pappas Nümayəndələr Palatasında bəzən öz partiyasından fərqli mövqe tutan mərkəçi səs kimi tanınır. O, seçki kampaniyasını Tramp administrasiyasına qarşı "sipər" rolunda çıxış etməyə yönəldib. Administrasiya Nyu-Hempşirdə populyar deyil. The Guardian-ın məlumatına görə, səslərin yalnız 20 faizi sayıldıqda John Sununu məğlubiyyətini rəsmən etiraf edib.

Pappasın Mançesterdəki seçki gecəsi tədbirində ekranlarda Sununu-nun məğlubiyyətini etiraf edən çıxışı göstərilən zaman zal sevinc səsləri ilə dolub, iştirakçılar "Let's go Pappas!" şüarını səsləndiriblər. Seçkiyə qədər yarış Demokratlar üçün son anda narahatlıq mənbəyinə çevrilib. Pappas təqaüdə çıxan Demokrat senator Jeanne Shaheen-in yerinə iddialı olan Sununu ilə mübarizə aparıb. 

Pappas-ın Nyu-Hempşirdə əvəz edəcəyi Jeanne Shaheen ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin Demokrat üzvlərinin lideri kimi Azərbaycanda həbsdə olan jurnalistlərin azadlığını tələb edib. 2025-ci ilin oktyabrında o, Fərid Mehralızadə, Ulviyyə Əli və Ələsgər Məmmədliyə məktublar göndərərək onların azad edilməsinə sadiqliyini bildirib.

Qələbə çıxışında Pappas deyib: "Bu gecənin nəticələri iqtisadiyyatı manipulyasiya edən korporativ maraqlar və milyarderlər, səhiyyə ixtisarlarına, tariflərə və müharibəyə yol verən Konqresdəki qorxaqlar və insanların necə əziyyət çəkdiyinə əhəmiyyət verməyən bacarıqsız prezident üçün oyanış çağırışıdır."

Həyat yoldaşı Vann Bentli yanında olan Pappas reproduktiv azadlıq uğrunda, eləcə də data mərkəzlərinin və immiqrasiya və gömrük xidmətinin (ICE) saxlama obyektlərinin yaradılmasına qarşı mübarizə aparacağına söz verib. O, kampaniyaya Donald Trump, Elon Musk və korporativ maraqlar tərəfindən Nyu-Hempşirə on milyonlarla dollar axıdıldığını, onlara qarşı hücum reklamları və "açıq yalanlar" yayıldığını bildirib: "Ancaq biz onları yenə də məğlub etdik, elə deyilmi?"

Powered by Froala Editor