Çikaqo ilk lezbiyan merini seçdi
Lori Laytfut seçkini qazandıqdan sonra Amerika tarixində ən yüksək vəzifəli LGBTİ mer olacaq.
03/Apr/19
6855
Lori Laytfut seçkini qazandıqdan sonra Amerika tarixində ən yüksək vəzifəli LGBTİ mer olacaq
Lori Laytfut 2 aprel çərşənbə günü Çikaqoda mer seçkilərini qazanaraq tarix yazdı. O, şəhərin ilk qaradərili qadın meri və ABŞ-ın ən yüksək vəzifəli LGBTİ bələdiyyə başçısı oldu.
Laytfut hüquqşünas və hüquq müdafiəçisidir, rəqibi uzun müddət siyasətdə olan Toni Prekvinkla seçkidə qalib gəldi.
O, Çikaqonun 50 şöbəsinin hamısını qazandı. Özünü "qürurlu qaradərili lezbiyan" elan edən Laytfut mayın 20-də and içəcək.
Laytfut bunu "şəhərin yenidən doğulmasının" başlanğıcı olduğunu söylədi.
Onun sözlərinə görə, kiçik oğlan və qızlar "bir az fərqli" bir şeyin - “kimin sevdiyinin heç bir fərqi olmamasının” başlanğıcını görürlər.