Bakıda “lezbiyan” deyilib qısnanan şagird intihar etdi
Bakıda “lezbiyan” deyilib qısnanan şagird özünü məktəbindən pəncərəsindən atdı
05/Apr/19
11590
Bakıda “lezbiyan” deyilib qısnanan şagird özünü öldürdü
Bakıda intihar edən 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın anası baş verənlərdən danışıb. Bu barədə şagirdin anası Sevil Hüseynova BAKU.WS-ə bildirib ki, qızı məktəbdə oxuduğu dövrdə dəfələrlə təhqirə məruz qalıb.
“Müəlliməsi Çimnaz Hacıyeva da məsələ barədə məlumatlı idi. O, qızımın tərəfini tuturdu. Lakin dəfələrlə direktora da şikayət etmişik. Lakin direktor bu barədə heç bir tədbir görməyib. Qızımı məktəbdə incidirdilər. Böyük sinifdə təhsil alanlar qızımı ələ salırdılar. Ona “peysər”, “lesbiyan”, “quş” deyirdilər. Qızımla birlikdə bacımın qızı da təhsil alır. Xalası qızı da onun tərəfini tuturdu deyə, o qızı da incidirlər”, - deyə Sevil Hüseynova bildirib.
Ana deyir ki, məktəbin direktoru şikayət olunmasına baxmayaraq, heç bir tədbir görməyib. Əksinə, uşağa təzyiqlər daha da artıb:
“Qızım hər gün evə gəlib ağlayırdı. Nə baş verdiyini soruşanda da, bir söz demirdi. Bezdiyi üçün özünü öldürmək istəyib.”.
Qeyd edək ki, Elina kiçik yaşlarında olarkən anası ilə atası ayrılıb. Sonradan Sevil Hüseynova başqa insanla ailə qurub. İndi onun doğma atası da qızı ilə maraqlanır. Onların münasibəti yaxşıdır. Ögey ata da Elina ilə xoş münasibətdədir. Onunla dost kimidirlər.
Məsələ ilə əlaqədar 162 saylı məktəblə əlaqə saxladıq. Katibə bildirdi ki, məktəbin direktoru Sevinc Abbasova, eləcə də, digər səlahiyyətli işçilər iclasdadırlar. Katibə ümumiyyətlə intihar barədə danışmaq istəmədiyini bildirdi.
Mənbə: BAKU.WS