Rusiyada tarix yazılır
Tarix yazılır: Rusiya məhkəməsi trans qadının işdən qeyri-qanuni qovulmasını təsdiqlədi
11/Apr/19
6912
Rusiyada ilk dəfə transgender şəxs məhkəmədə əmək hüquqlarını müdafiə edə bilmişdir
Rusiyada məhkəmə tarixə yazılacaq bir qərarla trans qadının qeyri-qanuni olaraq işdən çıxarıldığını hökm etdi.
Anna Qriqoryeva keçid mərhələsindən əvvəl çap evində 10 il işlədikdən sonra işdən çıxarıldı.
O, özünü qadın kimi müəyyən etdikdən sonra 2017-ci ildə işdən çıxarılmışdı.
İşəgötürən bu işin qanunla yalnız kişilər tərəfindən həyata keçirildiyini əsas gətirərək qadını işdən çıxardığını iddia etdi.
Rusiya hökumətinin 2000-ci ildə qəbul etdiyi qətnamə qadınların 35-dən çox sənayedə fəaliyyət göstərməsini qadağan edir. 450-dən çox spesifik iş qadınlar üçün 'təhlükəli' və ya 'çətin' sayılır.
Amma indi Frunze Rayon Məhkəməsi Qriqoryevanın işini geri qaytarmaq üçün çap evinə əmr verib.
Məhkəmə həmçinin mənəvi ziyana görə ona 10000 rubl (155 dollar) və gecikmiş əmək haqqı kimi 1 milyon 800 min rubl (27,800 dollar) ödəməyi əmr etmişdir.
Qriqoryevanın vəkili Maksim Oleniçev Azadlıq Radiosuna verdiyi məlumata görə, hökm "çox vacib bir presedent" təşkil edir.
"Rusiyada ilk dəfə transgender şəxs məhkəmədə əmək hüquqlarını müdafiə edə bildi", - dedi.
LGBTİ hüquq müdafiəçisi qrupu “Vıxod”un vəkili Ksenia Mixaylova deyib ki, qadınlar üçün iş yerlərinin məhdudlaşdırılması onların reproduksiyasını qorumaq üçün nəzərdə tutulub.
Onlar deyirlər ki, bu, yalnız trans insanlar üçün deyil, həm də uşaq istəməyən qadınlar üçün tarixi bir qərardır.
Mixaylova məhkəmənin bu qərarının digər transgender şəxslərin cəmiyyətdə tanınmasına, öz hüquqlarını müdafiə etməsinə və iş yerində ayrı-seçkiliyin aradan qaldırılmasına kömək edəcəyini söylədi.