Ankarada Qürur tədbirlərinə olan qadağa götürüldü.
Qadağa 2017-ci ildən etibarən tətbiq olunurdu.
20/Apr/19
3142
Məhkəmə Türkiyənin paytaxtı Ankara şəhərində təşkil edilən LGBTİ Qürur tədbirlərinə qadağanı götürdü.
Türkiyənin LGBTI hüquq müdafiəçisi qrupu olan Kaos GL 20 aprel cümə günü qadağa barəsində 12-ci inzibati məhkəməni müvəffəqiyyətlə qazandı. LGBİTİ hüquq müdafiəçiləri 2018-ci ilin noyabrında qadağanı şikayət etməyə cəhd göstərmişdi, müraciət rədd edilmişdi.
Qadağa 2017-ci ildən etibarən tətbiq olunurdu. O, 2016-cı ildə Türk hökumətinə qarşı hərbi çevrilişə cəhddən sonra tətbiq olunan fövqəladə vəziyyətlə bağlı qüvvədə idi. Şəhər Valisi, ilk növbədə, LGBTİ Qürur tədbirlərinin, "müəyyən seqmentlər daxilində reaksiyalara səbəb ola biləcəyi"ni, məsələn, sağçı qrupların əks-etirazlarını səbəb gətirərək bu qərara bəraət qazandırmışdı.
"Bu, əlamətdar bir gündür"
Məhkəmənin qərarı Beynəlxalq Amnistiya təşkilarının Avropa Kampaniyaları Direktoru Fotis Filippu tərəfindən də yüksək qiymətləndirildi.
“Bu, Türkiyə LGBTİ icması üçün əlamətdar bir gündür və LGBTİ hüquq müdafiəçiləri üçün böyük bir qələbədir - sevgi bir dəfə daha qazandı" - deyə Filippo bildirdi.