Pit Butticec ABŞ-ı “homokratiyaya” çevirəcək
LGBTİ hüquqlarına qarşı olan sağçı pastor E.V. Cekson sonuncu qəribə çıxışı zamanı ABŞ prezidentliyinə namizəd Pit Butticeci hədəf aldı.
23/Apr/19
6684
LGBTİ hüquqlarına qarşı olan sağçı pastor E.V. Cekson sonuncu qəribə çıxışı zamanı ABŞ prezidentliyinə namizəd Pit Butticeci hədəf aldı.
Virciniyadan ABŞ Senatının keçmiş Respublikaçı namizədi olan Cekson Pit Butticecin prezident kimi ABŞ-ı "homokratiya" halına gətirəcəyini və öz radio şousu "The Awakening" kimi digər mühafizəkar xristian medianı bağlayacağını söylədi.
Proqramın çərşənbə axşamı yayımlanan epizodunda Cekson: "Butticec kimi biri seçilsə ... müdafiəyə keçəcəyik, bu barədə heç bir sual yoxdur", - dedi.
Ona bənzər biri FƏK-a (Federal Əlaqələr Komissiyası) gedib deyəcək ki: "Bu şəbəkələr və radiostansiyalar təzyiqlərə məruz qalmalıdır.”
“Bu LGBT aktivistləri deyirlər ki, mən bir teokratiyanı istəyirəm, halbuki istəmirəm. Mən onların cəzalandırılmasını və ya etdiklərinə görə həbsxanaya atılmasını istəmirəm, onların dəyişilməsini istəyirəm ... Amma mən sizə zəmanət verirəm ki, onlar sizi, ya da elə məni cəzalandırmaq və ya həbsxanaya qoymaq istəyərlər. Biz teokratiya istəmirik, amma zəmanət verirəm ki, onlar homokratiya istəyirlər.”
Pit Butticec kimdir?
2016-cı ildə New York Times-ın köşə yazarı Frank Bruni gənc midvesternli gey haqqında bir profil yazmışdı.
Bruni onun Cənubi Bendin (İndiana) meri kimi işini tərifləmiş və sonda onun "ilk gey prezident" seçilib-seçilməyəcəyini soruşmuşdu.
Aprelin 14-də Pit Butticec 2020 seçki kompaniyasını başlayıb. Pit açıq geydir, bir neçə dil bilir.
Cənubi Benddə anadan olan Buttiqeq orta məktəbi yüksək qiymətlərlə başa vurub, Harvard universitetinin ədəbiyyat və tarix fakültəsinə qəbul olub. Magistraturanı Britaniyanın Oksford universitetində bitirib. 2011-ci ildə Cənubi Bend əhalisinin 74% səsini toplayaraq şəhərin meri seçilib.
Buttiqeq əri Çasten Qlezman ilə Hinj (red. Gey tanışlıq tətbiqi) vasitəsilə ilə tanış olub. Onlar 2 il əvvəl evləniblər.
Buttiqeq norveç, ispan, matla, ərəb, fransız və dari dillərində danışa bilir, iqlim dəyişikliyinin qarşısını almaq üçün qanunları dəstəkləyir, universal tibbi sağlamlığın tərəfdarıdır.