Halseyin Billboard şousu biseksuallığının sübutu idimi?


Müğənni və bəstəkar Halsey 2015-ci ildə biseksual olduğunu açıq şəkildə sosial şəbəkə hesabından bölüşmüşdü. Bu yaxınlarda isə tamaşaçılar tərəfindən biseksuallığı ilə bağlı şübhələr olan mesajlar almağa başlamışdı. Buna səbəb onun hal-hazırda kişi sevgilisinin olmasıdır. Müğənni Instagram və Twitter hesablarından onun cinsi orientasiyasına şübhə ilə yanaşanlara müraciət edərək bunları deyib. 

"Mən Instagram hesabımdan kominq aut günü ilə əlaqədar yazmışdım ki, öz cinsi orientasiyamla qürur duyuram və mənə yazıblar ki, hansı cinsi orientasiya, sən axı kişi ilə görüşürsən. Bəli, kişi ilə görüşürəm və bu andan istifadə edərək demək istəyirəm ki, biz - biseksual insanlar mövcuduq."

Halseyin Billboardda "Without you" mahnısının performansı zamanı həmçinsi ilə sevgi səhnəciyi və emosional rəqsləri onun sanki tamaşaçılarına bir mesajı və hər kəsə öz cinsi orientasiyasını xatırlatmaq cəhdi idi. Məqsədin nə olmasından asılı olmayaraq performansın heç kəsə təsirsiz keçməməsi bir faktdır. Buyurun özünüz izləyin.