Eurovision aparıcısı Assi Azar
Kvir gənclərdən çoxu nə vaxtsa Avroviziya musiqi yarışmasında aparıcılıq etməyi arzulayır. Əlbəttə, onlardan çox azı buna nail ola bilir. Assri Azar həmişə kim olmaq istədiyini bilirdi, ancaq bugünkü məqama gəlmək üçün çox böyük çətinliklərdən keçib.
12/May/19
5763
Assi Azar Eurovisiondan qazanacağı pulu LGBT+ təşkilatına iyanə edəcək
Kvir gənclərdən çoxu nə vaxtsa Avroviziya musiqi yarışmasında aparıcılıq etməyi arzulayır. Əlbəttə, onlardan çox azı buna nail ola bilir. Assri Azar həmişə kim olmaq istədiyini bilirdi, ancaq bugünkü məqama gəlmək üçün çox böyük çətinliklərdən keçib. Uşaq vaxtı bacısının barbi gəlincikləri ilə oynayaraq onları Avroviziyada müxtəlif ölkələrin təmsilçiləri kimi təsəvvür edərmiş.
Bugün isə o, 39 yaşındadır və dünyanın ən böyük və ən kvir şousunun aparıcısı kimi qarşımızdadır.
‘‘Yatsam yuxuma da girməzdi ki, mən nə vaxtsa Avropanın ən möhtəşəm şousunun aparıcısı olacam.’’
Assi İzrail ordusunda 4 il komandir olaraq çalışıb.
“Mən orduda olduğum vaxtda da heç kəsə açılmamışdım. Bir gün əsgərlərimdən biri mənə gey olduğunu dedi. Onun mənim də gey olduğumdan xəbəri yox idi. O vaxt ona bunun normal olduğunu dedim, amma öz beynimdə valideynlərimin məni dəstəkləməyəcəyini düşünürdüm. Mən 24 yaşıma kimi heç kəsə cinsi oriyentasiyam barədə açılmamışdım və düzü, o cür də öləcəyimi düşünürdüm. O vaxta qədər ancaq qadınlarla münasibətdə olmuşdum.”
Anama açılanda mənə demişdi ki, mən tək öləcəm, HIV xəstəsi olacam və heç vaxt uşaqlarım olmayacaq. Deyirdi ki, ağlıma gələn tək şey sənin klubda çılpaq rəqs etməyindir. Onu hansısa filmdə görmüşdü.
Zaman keçdi və anam məni qəbul etdi. O, mənim həyat yoldaşımı da çox sevir.
Assi və Albert 2016-cı ildə Barselonada evləniblər.
Assi son müsahibəsində bildirib ki, o, Avroviziyadan qazanacağı pulu LGBT+ təşkilatına ianə edəcək. Həmin məbləğ təxminən 30.000 dollar təşkil edir.