Gey-parad varsa, hetero-parad niyə yoxdur?
Çoxlarımız tez-tez belə sözlər eşidə bilərik. Gəlin, 10 cavabla izah edək ki, nəyə görə hetero-paradlara ehtiyac olmur:
27/May/19
6570
Gey-parad varsa, hetero-parad niyə yoxdur?
Çoxlarımız tez-tez belə sözlər eşidə bilərik. Gəlin, 10 cavabla izah edək ki, nəyə görə hetero-paradlara ehtiyac olmur:
1) Çünki heteroseksual olmağı dayandırmaq üçün heç bir yerdə təlimat və ya “terapiyalar” yoxdur;
2) Çünki dünyada elə bir ölkə yoxdur ki, heteroseksual olmaq qeyri-qanuni olsun və ya öz heteroseksuallığına görə həyati təhlükə ilə üzləşəsən;
3) Çünki heteroseksual nikahların qanunsuz olduğu ölkə yoxdur;
4) Çünki heç kim heteroseksual oriyentasiyana görə səni təhqir etmir və sənə hücum etmir;
5) Çünki heç kim geyinib-soyunma otağında (məs., hovuzda və ya məşq zalında) heteroseksualla birgə olduğuna görə şikayət etmir;
6) Çünki heteroseksualların təqibinə, onlara hücum etməyə və məhv etməyə yönəlmiş radikal və ya dini qruplar mövcud deyil;
7) Çünki heç bir din özünü anti-heteroseksual elan etməyib;
8) Çünki heç bir valideyn deməz ki: “qoy lap uşağım narkoman olsun, amma heteroseksual olmasın” və öz övladını heteroseksuallığa görə evdən qovmaz;
9) Çünki heteroseksual qəhrəmanları olan filmlər, kitablar, tamaşalar və ya reklamlar qadağan olunmur;
10) Çünki heteroseksuallıq heç vaxt heç kim tərəfindən cinayət hesab olunmayıb, odur ki, heteroseksuallara nifrət zəminində cinayətlər mövcud deyil.