Braziliyada homofobiya və transfobiya cinayət sayılacaq
Konstitusiya nəzarəti səlahiyyətlərinə malik olan Braziliya Federal Ali Məhkəməsinin on bir hakimindən altısı homofobiya və transfobiyanı rasizmə (irqçiliyə) bərabər cinayət kimi qəbul etmək üçün səs verdilər, BBC bildirir.
27/May/19
2928
Braziliyada homofobiya və transfobiya cinayət sayılacaq
Konstitusiya nəzarəti səlahiyyətlərinə malik olan Braziliya Federal Ali Məhkəməsinin on bir hakimindən altısı homofobiya və transfobiyanı rasizmə (irqçiliyə) bərabər cinayət kimi qəbul etmək üçün səs verdilər, BBC bildirir.
Digər 5 hakim isə 5 iyunda səs verəcək, lakin ABC News bildirir ki, bu, qərarın qəbuluna təsir etməyəcək. Lakin 11 məhkəmə üzvünün hər biri öz mövqeyini bildirdikdən sonra qərar qüvvəyə minəcək.
Qərara əsasən, ölkə hökuməti LGBT+ insanların müdafiəsi haqqında ayrıca qanunvericilik yaradana qədər, homoseksual oriyentasiyalı və trans şəxslərə qarşı ayrı-seçkiliyə görə rasizm haqqında qanun üzrə cəza veriləcək. Rasizm Braziliyada 1989-cu ildən bəri cinayət hesab olunur, irqi ayrı-seçkiliyə görə maksimal cəza - 5 il həbsdir.
Daha nə məlumdur:
Braziliyada homofobiyanı cinayət kimi tanımaq cəhdləri az qala 20 il ərzində davam edirdi. Ölkə Konqressindəki mühafizəkarlar və dini qruplar buna qarşı çıxırdı. Bundan başqa, bəzi fəallar qorxurdu ki, özü özünü homofob adlandıran prezident Jair Bolsonarunun seçilməsi gey və transgender şəxslərə qarşı cinayətlərin artmasına səbəb olacaq.
2011-ci ildə Braziliya Federal Ali Məhkəməsi eynicinsli nikahları tanıdı, 2015-ci ildə isə LGBT+ cütlüklərə uşaq övladlığa götürmək icazəsi verildi. Bir il əvvəl hakimlər qərar çıxardı ki, ölkə hökuməti transgender şəxslərin gender identikliyini dəyişməsini leqallaşdırmaq üçün onlardan əməliyyat etmələrini tələb edə bilməz.
Bu, niyə vacibdir:
Homofobiya və transfobiyanın kriminallaşdırılması mütəmadi hücumlardan əziyyət çəkən LGBT+ icmasını qoruyacaq, aktivistlər belə hesab edir. Hüquq müdafiəçilərinin məlumatlarına görə, homofobiya və transfobiyaya görə 2019-cu ildə Braziliyada 140 nəfərdən çox insan öldürülmüşdür, bir il əvvəl isə bütün ölkə üzrə 420 qətl hadisəsi qeydə alınmışdır.
Mənbə: Snob.ru