Fransada lezbiyan və biseksual qadınların süni mayalanma imkanlarına qarşı kütləvi etirazlar 


On minlərlə insan Parisdə küçələrə çıxıb, partnyorsuz qadınların, lezbiyan və biseksual qadınların dövlət tərəfindən maliyyələşən süni mayalanma imkanına qarşı etiraz edir.

Hazırkı qanun yalnız evli olan və ya ən azı iki il birlikdə yaşamış cisgender heteroseksual cütlüklərə dövlət tərəfindən maliyyələşən süni mayalanma proqramına çıxış təmin edir. 

Yeni bioetik qanun layihəsi Fransa Parlamentinin aşağı palatası tərəfindən qəbul olunub və bütün qadınlara seksual oriyentasiyası və münasibət vəziyyətindən asılı olmayaraq tətbiq olunacaq. 

2013-cü ildə eynicinsli evliliklə bağlı qanun layihəsinə qarşı çıxan siyasi və dini mühafizəkarlar bu dəfə də oktyabrın 6-da təqdim olunan yeni qanuna etiraz edərək Fransa Senatının qarşısına toplaşıblar.

BBC-in verdiyi məlumata görə, etirazlarda təxminən 42000 insan iştirak edib. 


Etirazçılar əllərində “Atan haradadır?” işarəsi tutub, Fransanın “Azadlıq, Bərabərlik və Qardaşlıq” şüarını “Azadlıq, Bərabərlik və Atalıq” kimi dəyişərək çıxışlar ediblər. 

Eynicinsli evliliklər prezident Ollandın hakimiyyətdə olduğu 2013-cü ildə leqallaşmışdı. Bütün qadınlara seksual oriyentasiyası və münasibət vəziyyətindən asılı olmayaraq dövlət tərəfindən maliyyələşən süni mayalanma proqramına çıxış imkanı vermək prezident Emanuel Makronun ilk sosial islahatı olacaq.