Atletlər onun əlini belə sıxmır
Biseksual olimpiyaçı kaminq autdan sonra bəzi atletlərin onunla əl sıxıb görüşmədiyini bildirir.
29/Jan/20
2337
Atletlər onun əlini belə sıxmır
Biseksual olimpiyaçı kaminq autdan sonra bəzi atletlərin onunla əl sıxıb görüşmədiyini bildirir.
Biseksual olimpiyaçı Cek Vulli kaminq aut etdikdən sonra bəzi rəqiblərinin onunla əl sıxıb görüşmədiyini açıqlayıb.
İrlandiyalı atlet 2016-cı ildə “Rioya gedən yol” sənədli filmində biseksual olduğunu açıqlayarkən 17 yaşı var idi. Dörd il sonra o, İrlandiyadan Taekvando üzrə Olimpiya oyunlarına vəsiqə qazanan ilk atlet kimi tarixə düşüb.
Volli onun məşğul olduğu idman növünün sərt olduğunu bildirib. “Bəzi atletlər müsəlman ola bilər, bu barədə açıq danışmaq mümkün olmur. Bəzən olurdu ki, rəqiblərim mənim əlimi belə sıxmırdı”, - deyə Vulli əlavə edib.
“Bəziləri, təbii ki, əlimi sıxıb. Dünyanın ən güclü atletlərindən biri Avropa yarışlarında mən gümüş medal qazananda əlimi sıxmışdı. Onun bu addımını çox hörmətlə qarşılamışdım.”
Bəzi hallarda əl sıxmağa etiraz edənlərə baxmayaraq, Vulli insanların onun oriyentasiyasını veclərinə almadığını deyir.