İngiltərədə lezbiyan homofobik hücuma məruz qalıb


Keçən həftə 20 yaşlı lezbiyan qəddar homofobik hücuma məruz qalıb. Hücum nəticəsində onun üzü qan və zədələr içindədir. 


İki nəfər kişi arxadan Çarli Qrahama hücum edərək, kötəkləyiblər. Hadisə onun evi yaxınlığında Sanderlenddə baş verib. 

İngiltərə və Uelsdə son beş ildə LGBTİ-lərə qarşı hücumlar daha da artıb. Daily Mail-in verdiyi məlumata görə, Çarli artıq beşinci dəfədir ki, seksual oriyentasiyasına görə hücuma məruz qalır. 

Hüquq-mühafizə orqanları hadisəni nifrət cinayəti kimi qiymətləndirir.