Tbilisidə transqender qadın özünü yandırdı
Transgender qadın hökumətin Covid-19 pandemiyasına qarşı səhlənkarlığına etiraz olaraq Tiflis meriyasının qarşısında özünü yandırıb.
05/May/20
2590
Transgender qadın hökumətin Covid-19 pandemiyasına qarşı səhlənkarlığına etiraz olaraq Tiflis meriyasının qarşısında özünü yandırıb.
Hadisə bir neçə transgender qadın yeni koronavirusun yayılması zamanı onlara hökumət dəstəyinin olmamasına etiraz etmək üçün Tbilisi meriyasının qarşısında toplaşarkən baş verib.
Cümə axşamı meriya binası qarşısında edilən kiçik mitinq zamanı etirazçı qadınlardan biri Madona Kiparoidze özünü yandırıb. Polis əməkdaşları onu tutmazdan əvvəl alov içində olan gödəkçəsini çıxarıblar. Hadisədən sonra başqaları ilə ünsiyyət quran və həyatına təhlükə yaradan xəsarətlər almış kimi görünməyən Kiparoidze daha sonra təcili yardımla xəstəxanaya çatdırılıb.
"Mən transgender qadınam və Gürcüstan dövləti mənə əhəmiyyət vermədiyi üçün özümü yandırıram" deyə Kiparoidze tutulan vaxt qışqırmışdı.
Tbilisi Pride-ın həmtəsisçilərindən olan Tamaz Sozaşvili hadisədən bir müddət sonra onun pandemiya dövründə hökumətin transgender insanlara qarşı "səssizliyi və cahilliyi" səbəbiylə meydana çıxdığını tvit edib.
Today, trans woman tried to commit a sucide in front of #Tbilisi City Hall to protest @GovernmentGeo's immobility and ignorance towards them during #Covid19 crisis.
— Tamaz Sozashvili (@TamazSozashvili) April 30, 2020
Trans people are among most vulnerable groups in #Georgia@kakhakala @HumanRightsGeo#HumanRights #LGBT #Equality pic.twitter.com/X9YEKkaTN6
Mənbə: OC Media
Powered by Froala Editor