Homofob Ali Erbaş "Çıxın, gedin Hollandiyaya"
Türk homofobları lüğətlərinə qəribə və yeni bir ifadə əlavə ediblər: "Yallah Hollandaya" #YallahHollandaya heşteqi Türkiyə Dini İşlər Naziri Əli Erbaşın "İslamın homoseksuallığı lənətlədiyini" elan etməsindən sonra Tvitterdə yayımlanmağa başlayıb.
11/May/20
2744
"Çıxın, gedin Hollandiyaya" Türkiyə dini liderinin LGBTİ-ləri lənətləyərkən istifadə etdiyi yeni və qəribə ifadədir.
Türk homofobları lüğətlərinə qəribə və yeni bir ifadə əlavə ediblər: "Yallah Hollandaya" #YallahHollandaya heşteqi Türkiyə Dini İşlər Naziri (Diyanet İşler Bakanlığı) Əli Erbaşın "İslamın homoseksuallığı lənətlədiyini" açıq elan etməsindən sonra Tvitterdə yayımlanmağa başlayıb.
Nazir: “Bunun arxasında nə hikmət dayanır? Bu, xəstəliklər gətirir və əhalinin azalmasına səbəb olur", - deyə bildirib. “İslam ədəbiyyatında zina adı verilən bu böyük haramın səbəb olduğu HİV virusuna hər il yüz minlərlə insan məruz qalır. İnsanları bu cür pisliklərdən qorumaq üçün birlikdə mübarizə aparmalıyıq.”
Onun xütbəsi kütləviləşib və homofob heşteq bazar ertəsi gününə qədər sosial mediada yayılıb.
Hollandiya mediasına görə, "Çıxın, gedin Hollandiyaya" əvvəllər də istifadə olunub, lakin heç vaxt indiki qədər kütləviləşməmişdi. Bu heşteqə #AliErbasyanlizdegil heşteqi də əlavə edilmişdi.
Powered by Froala Editor