Cənubi Koreyada gey kişilər tanışlıq tətbiqetmələri vasitəsilə "ovlanır"
Cənubi Koreyanın koronavirus əyrisini düzləşdirən geniş yoxlamalar, izləmələr və karantin rejimindən sonra sosial məsafə məhdudiyyətlərini yüngülləşdirməyə başlaması ilə həftə ərzində yeni halların sayının artması müşahidə olunur.
13/May/20
2652
Cənubi Koreyada gey klubları ilə əlaqələndirilən koronavirusun ikinci dalğası tanışlıq saytlarında LGBTİ-lərin doksinqlə (red: məlumatların yayılması) təhdid edilməsinə və homofobiyanın dəhşətli artımına səbəb olub.
Cənubi Koreyanın koronavirus əyrisini düzləşdirən geniş yoxlamalar, izləmələr və karantin rejimindən sonra sosial məsafə məhdudiyyətlərini yüngülləşdirməyə başlaması ilə həftə ərzində yeni halların sayının artması müşahidə olunur.
Bazar günü səhiyyə işçiləri son bir ayın ən yüksək rəqəmini - 35 yeni yoluxma halını təsdiq ediblər. Bunların iyirmi doqquzu, əsasən, LGBTİ məkanı olan Seulun İtaevon məhəlləsindəki gecə klubları və barlarla əlaqələndirilir.
Ən azı 14 nəfər 20 yaşlarında olan və heç bir simptomu müşahidə edilməyən bir kişi tərəfindən yoluxmuş ola bilər.
Koronavirus hallarının sayında sıçrayış Cənubi Koreyanın gey səhnəsini diqqət mərkəzinə gətirdi. Bu, LGBTİ ayrıseçkiliyin yayıldığı və bir çox insanın seksuallıqlarını dostlarından və ailələrindən gizli saxlamağı seçən ölkə üçün dəhşətli bir perspektivdir.
Rəsmilər klublarda və barlarda iştirak edən 2450 nəfərdən çox insanı test etmiş, lakin hələ də yoluxduğu ehtimal olunan 3000 nəfərin axtarışındadır. Bir çox kuir insan əlaqə axtarışına kömək üçün səy göstərməkdən yayınır. Onlar iradəsinə zidd olaraq seksuallıqlarının açıqlanmasından qorxurlar.
Powered by Froala Editor