Dezery rok-qrupu eynicinsli sevgi haqqında klipi
Rusiyanın indi-rok üslubunda ifa edən Dezery rok-qrupu “Крылья” (“Qanadlar”) mahnısı üçün gənc qızın öz rəfiqəsinə məhəbbətindən bəhs edən klip ərsəyə gətirdi.
29/Mar/19
6108
Rusiyanın Dezery rok-qrupu eynicinsli sevgi
haqqında klip buraxdı
Rusiyanın indi-rok üslubunda ifa edən Dezery rok-qrupu “Крылья” (“Qanadlar”) mahnısı üçün gənc qızın öz rəfiqəsinə məhəbbətindən bəhs edən klip ərsəyə gətirdi.
Videoçarx rejissor Aleksey Boçenin tərəfindən çəkilib. Süjetə görə, gənc qız öz dəlisov rəfiqəsinə aşiq olur və ona bənzəmək üçün kəskin dəyişir. Klipdə qızlar arasındakı zərif münasibətlər, onların ilk öpüşü və baş qəhrəmanın anası ilə münaqişə təsvir olunur.
Üç gün ərzində videoya artıq 50-dən çox şərh gəlib, onların əksəriyyəti müsbətdir.
Moskvanın Dezery qrupu 2017-ci ildən bəri mövcuddur. Həmin ilin aprelində qrup “Worlds Collide” (“Dünyalar toqquşur”) sinqlını buraxdı. 2018-ci ildə Dezery “Вкус свободы” (“Azadlığın dadı”) rusdilli minialbomunu buraxdı və “Индийский океан” (“Hind okeanı”) və “Мосты” (“Körpülər”) mahnılarına iki klip çəkdi.
2019-cu ilin martında qrup “Крылья” (“Qanadlar”) mahnısına yeni klip və “Демоны” (“Şeytanlar”) albomunu buraxdı. “Səslənməyə 80-lərin ab-havası hopub: vintaj sintezatorlar, güclü gitaralar və emosional vokal. Albomdakı mahnıların mövzuları şəxsi problemlərlə, təlaşlarla və məhz onlara - daxili şeytanlara qarşı mübarizə ilə bağlıdır”, - deyə qrup iştirakçıları bildirir.
Əvvəllər müğənni Svetlana Lobodanın klipindəki eynicinsli öpüşlər qızğın hiddətlərə və müğənninin “gey-təbliğatda” ittiham olunmasına səbəb olmuşdu.