Almaniya-Polşa sərhədləri boyunca LGBTİ+ yürüşü
Minlərlə insan Almaniyadan Polşaya simvolik sərhəd boyu LGBTİ hüquqlarına dair etiraz aksiyasında iştirak edir.
09/Sep/20
2165
Minlərlə insan simvolik sərhəd boyu Almaniyadan Polşaya LGBTİ hüquqlarına dair etiraz aksiyasında iştirak edir. Polşa-Almaniya sərhədindəki bu aksiya iki millət arasında kuir məsələlərində artan bərabərsizliyə işıq tutub.
Almaniya son bir neçə ildə eynicinsli nigahları təqdim edib və çevrilmə terapiyasını qadağan edərək LGBTİ+ hüquqları sahəsində xeyli irəliləsə də, Polşada mənzərə çox qaranlıqdır - burada millətçi siyasətçilər ictimai homofobiya və anti-LGBTİ+ ekstremizminin artmasına səbəb olublar.
Şənbə günü sentyabr ayının 5-də Oder çayı üzərində simvolik bir körpü ilə ayrılan Polşanın Slubice və Almaniyanın Frankfurt an der Oder sərhəd qəsəbələrində aktivistlərin ortaq şəkildə təşkil etdikləri etiraz aksiyasında təxminən 2 minə yaxın insan homofobiya qarşı ayağa qalxdı.
Alman nümayişçiləri sərhəddən keçərkən Polşa LGBTİ+ qonşularına sevgilərini ifadə edən lövhə və plakatlar daşıyırdı.
Mənbə: PinkNews
Powered by Froala Editor