Minlərlə insan simvolik sərhəd boyu Almaniyadan Polşaya LGBTİ hüquqlarına dair etiraz aksiyasında iştirak edir. Polşa-Almaniya sərhədindəki bu aksiya iki millət arasında kuir məsələlərində artan bərabərsizliyə işıq tutub. 

Almaniya son bir neçə ildə eynicinsli nigahları təqdim edib və çevrilmə terapiyasını qadağan edərək LGBTİ+ hüquqları sahəsində xeyli irəliləsə də, Polşada mənzərə çox qaranlıqdır - burada millətçi siyasətçilər ictimai homofobiya və anti-LGBTİ+ ekstremizminin artmasına səbəb olublar.

Şənbə günü sentyabr ayının 5-də Oder çayı üzərində simvolik bir körpü ilə ayrılan Polşanın Slubice və Almaniyanın Frankfurt an der Oder sərhəd qəsəbələrində aktivistlərin ortaq şəkildə təşkil etdikləri etiraz aksiyasında təxminən 2 minə yaxın insan homofobiya qarşı ayağa qalxdı. 

Alman nümayişçiləri sərhəddən keçərkən Polşa LGBTİ+ qonşularına sevgilərini ifadə edən lövhə və plakatlar daşıyırdı. 

Mənbə: PinkNews


Powered by Froala Editor