Meksika trans icması bir neçə gün ərzində iki qadının vəhşicəsinə öldürülməsindən sonra matəm saxlayır. Leslie Rocha 5 sentyabr şənbə günü Texasın El Paso sərhədinin tam kənarında yerləşən şəhərdə - Ciudad Juarezdə öldürülüb.

Cinayət keçən həftə Chihuahua şəhəri yaxınlığında evində ölü tapılan trans qadın Mireya Rodriguez Lemus-un qətlinə etiraz edən trans hüquq müdafiəsi qrupunun şəhərdə nümayişindən bir neçə gün sonra baş verib.

Ailəsinin dediyinə görə, Meksikada trans qadın ‘işgəncə verilərək öldürülüb’.  Rocha'nın xalası Letisiya Sanches Reuters-ə: “Onlara işgəncə verirlər, onları dəhşətli şəkildə öldürürlər.” - deyib. “Ədalət olmalıdır, çünki onlar hörmətə layiqdirlər. Bunu niyə edirlər axı?”

Ciudad Juarez-dəki anonim qalmaq istəyən trans qadınlardan biri Reuters-ə insanların qətllərdən sonra küçələrə çıxmaq üçün “bir az qorxduqlarını, bir az vahimə içində” olduqlarını söyləyib.

O: "Trans insanlara qarşı bu qədər nifrət cinayətləri olduğu üçün artıq nə edəcəyimizi bilmirik", - deyə əlavə edib. Trans fəal Deborah Alvarez: "Siz bizim, bütün trans insanların bu nöqtəyə - hələ də müdafiə olunmadığımızı görməyə gəlib çatmağımız üçün nələr yaşadıqlarımızı təsəvvür edə bilməzsiniz", - deyə əlavə edib.

İlk cinayətə toxunan Alvarez daha əvvəl: “Biz xahiş etmirik, bacımız Mireya Rodrigezə qarşı bu nifrət cinayətinin həll edilməsini tələb edirik. Yetər. Biz də vətəndaşıq.” - demişdi. 

Bu il Ciudad Juarezdə ən az dörd transgender qadının öldürüldüyünə inanılır, lakin aktivistlər polisin qətlləri nifrət cinayətləri kimi qəbul etmək istəmədiklərini və onları tez-tez narkotiklə əlaqələndirməyə çalışdıqlarını söyləyirlər.

Polis Reuters-in şərh tələbinə cavab verməmişdir.

Powered by Froala Editor