Polşalı Avropa Parlamenti üzvü Patryk Jaki ‘LGBT-dən azad zonaların’ mövcudluğunu rüsvayçılıqla inkar edir. Həmin zonaların sadəcə "solçu fəalların söylədikləri zarafat" olduğunu iddia edir. Avropa Parlamentinin polşalı üzvü 14 sentyabr bazar ertəsi günü “LGBT-dən azad zonalar”ın Polşada olmadığını və onların sadəcə “solçu fəalların söylədikləri zarafat” olduğunu söyləyib.


tvn.24-ün verdiyi məlumata əsasən, LGBTİ+ hüquqlarının və qanunun aliliyinin hazırkı vəziyyəti ilə bağlı debat zamanı çoxsaylı millət vəkilləei Polşa prezidenti Andjey Dudanın üstünə düşdükcə, PiS partiyasından olan AP üzvü Patryk Jaki Polşada “LGBT-dən azad zonaların” olmadığını söylədi və solçu fəalların “şəkillər göndərdiklərini və insanların buna aldandıqlarını” dedi.

Bunun əksinə olaraq, Avropa Parlamentinin alman üzvü Terry Reintke Polşa və onun liderlərini LGBTİ+ icmasını təklədiklərinə görə tənqid etdi, eyni zamanda, nifrət cinayətləri və polisin aktivistlərə qarşı təzyiqlərində amansız bir şiddət dalğasının izləndiyini də vurğuladı.

LGBT Hüquqları üzrə Avropa Parlamenti Qrup üzvü Reintke: “Biz ideologiya deyilik. Biz insanıq.” - deyə əlavə edib. 

“İstədiyimiz hər kəsin sahib olduğu eyni insan hüquqlarına sahib olmaqdır. Duda və hakim Polşa partiyasına: LGBTI icmasını iyrənc siyasi gündəminiz üçün istifadə etməyi dayandırın."

Mənbə: PinkNews

Powered by Froala Editor