Queer Eye serialından Antoni Porowski  Polşanın ‘absurd’ LGBT-dən azad zonaları ilə mübarizə aparmaq üçün ali baş homofob Donald Trump-dan daha çox şey edir. Queer Eye serialının ulduzu Antoni Porowski valideynlərinin doğulduğu ölkə  Polşada "absurd" LGBT-dən azad zonalara qarşı danışdı.


Kanadalı aktyor və realiti TV aşpazı Polşanı LGBT+ vətəndaşlarına hörmət etməyə çağıraraq icma üzəridəki basqını qınamaq üçün Avropa Birliyinə ünvanlanmış petisiyanı təbliğ edib. 300 mindən çox imza toplayan petisiya 23 sentyabr çərşənbə axşamı günü bərabərlik üzrə Avropa komissarı Helena Dalliyə ötürülüb.

"Əgər Polşa AB-nin bir hissəsi olmaq istəyirsə, buna uyğun davranmalıdırlar", - deyə Porowski Thomson Reuters Fonduna verdiyi müsahibədə bildirib. "Öz xalqının öz əhalisini kənarlaşdırması Polşa tarixinə nəzər salanda absurd və tam zidd bir şey kimi görünür."

Porowski Monrealda böyüsə də, evdə polyak dilində danışır və valideynlərinin mədəniyyəti ilə möhkəm əlaqələrini qoruyub-saxlayıb. Bu mədəniyyətin indi onun kimi LGBTQ+lərə hücum etməsini görmək "inanılmaz dərəcədə narahatedicidir" deyə əlavə edib.

"Atamın Polşanın 400 ildir xəritədə olmadığını, hələ də inanclarını qoruduqlarını, ölkələrini qoruduqlarını söylədiklərini xatırlayıram", - o söyləyib. "[İndi] özlərinə qarşı mübarizə aparırlar."

Hər zaman polyak irsi ilə qürur duymadığını etiraf etməsinə baxmayaraq, keçən il Polşa Qürur yürüşünün daşa basılmasını eşidildikdən sonra Polşanın LGBT+ icması üçün danışmaq "məsuliyyət" olduğunu hiss edir.

"Bu tipli şəxsi hekayələri eşitdiyimiz zaman şəxsən mənim üçün göz yummaq çox çətinləşir və bu anda da nəsə bir şey etməli olduğunuzu hiss edirsiniz" - o deyib.

Mənbə: PinkNews 

Powered by Froala Editor