Kuir İncəsənət Festivalı Bakı 2020
Nəfəs LGBTİ Azərbaycan Alyansı ilk Kuir İncəsənət Festivalı Bakı 2020 müsabiqəsinin rəsmi olaraq ilk mərhələsinə başladığını elan etməkdən məmnunluq duyur.
23/Dec/20
8045
Kuir İncəsənət Festivalı Bakı 2020 artıq iştirak üçün açıqdır!
İŞTİRAK ÜÇÜN AÇIQ ELAN: Kuir İncəsənət Festivalı Bakı 2020 Nəfəs LGBTİ Azərbaycan Alyansının təşkilatçılığı ilə ilk incəsənət festivalını açıq elan edir və yerli vizual sənətkarları öz yaradıcı əsərləri ilə yarışmada iştirak etməyə dəvət edir.
Nəfəs LGBTİ Azərbaycan Alyansı ilk Kuir İncəsənət Festivalı Bakı 2020 müsabiqəsinin rəsmi olaraq ilk mərhələsinə başladığını elan etməkdən məmnunluq duyur. Bu ilin giriş mövzusu "Kuir x Azərbaycan – Mənim Bədənim, Mənim Kimliyim, Mənim İrsim" -dir.
Hal-hazırda ölkəmizdə Covid-19 pandemiyası ilə yanaşı gender normaları və stereotipləri, mizoqoniya, qadın* və LGBTİ+lərə qarşı diskriminasiya, qeyri-inklüzivlik kimi bir sıra başqa mövzularda da ağır çətinliklərlə üzləşirik. Bu problemləri ünvanlamaq üçün sənətçiləri öz vizyon və alətləri ilə bir reform başlatmağa dəvət edirik.
Reform bizi hər şeyin başladığı yerə - ictimaiyyətə aparır. Bu minvalla yerli kuir icmalar, bizim reallıqlarımız və üzləşdiyimiz problemlərə diqqət yetirək. Birlikdə böyüdüyümüz çətinliklərə, uyğunlaşmağa çalışdığımız cəmiyyətlərə fokuslanaq. Ən böyük qorxularımız və çılğın ümidlərimiz nələrdir? Kuirlər olaraq necə bir reform görmək istəyirik? Biz cəmiyyətin hansı üzünü, vizyonunu təmsil edirik?
Gəlin, kuirləri əslində hardadılarsa, orda araşdıraq: gündəlik həyatımızda! Kuirlər hər yerdədir! Cəmiyyətin qarşılıqlı əlaqədə olduğu, diskursların formalaşdığı, dəyişiklik üçün ideyaların yarandığı, həqiqi iştirakçılığın olduğu yerlərdə.
Müsabiqə bir turda baş tutacaq. Müraciət üçün son tarix 21 yanvar 2021-dir. Sənətçilər müsabiqədə iştirak edəcək əsərlərini [email protected] elektron poçtuna göndərməlidir və yalnız bütün əl işləri toplandıqdan sonra onları festivalın İnstaqram hesabında (@queerartfest) yayımlayacağıq. Nəşr olunduqdan sonra əsərlər @queerartfest-də 2 həftə ərzində ictimai səsvermə üçün açıq olacaq. Səsvermə yekunlaşdırıldıqdan və bütün əl işləri qiymətləndirildikdən sonra ilk 3 finalçı simvolik miqdarda pul mükafatı qazanacaq.
Tələblər:
- Vizual təbiətli sənətçiləri yuxarıda göstərilən mövzu ilə əlaqədar və uyuşan boyama rəsmləri, qrafikalar, printlər, kollajlar, fotoşəkillər (dijital və ya plyonka ola bilər), qısa video instalyasiyalar, əl işləri, illüstrasiyalar və dijital əsərlər sərgiləməyə dəvət edirik.
- Hər bir sənətçi 1-3 arası əsər təqdim edə bilər (bir səhifəlik iş və ya qısa qrafik hekayələr). Birdən artıq əsərlə müraciət etdikdə hər bir işin digərlərindən sərbəst və müstəqil qrafik hekayəsi olmalıdır. Hər işin ayrı-ayrılıqda maksimum 150 sözdən ibarət qısa bir yazılı təsviri olmalıdır.
- Təqdim olunan işlərin sosial mediada paylaşıla bilən ölçü və formada olması vacibdir.
- İşlər qara-ağ və ya rəngli formatda ola bilər və sərginin mövzusu ilə ciddi şəkildə əlaqələndirilməlidir.
- İşlər sənətkarların portfoliosundakı köhnə parçalardan seçilə və ya elandan sonra hazırlana bilər
* Gənc və həvəskar vizual sənətçilərin də festivala qatılaraq yarışmalarını çox böyük maraqla gözləyir, iştiraklarını tövsiyə edirik - çünki qalibləri seçmək üçün əsərləri qiymətləndirərkən işlərin şərhi və verdiyi mesajlar peşəkarlıqdan daha güclü bir meyar kimi qəbul ediləcəkdir.
** Sənətçilərə sərginin yerli nümayiş olduğunu, lokal elementlər və mövzu ilə əlaqəli sosial problemlərin işləndiyi əsərlərin daha yüksək qiymətləndiriləcəyini nəzərə almalarını tövsiyə edirik.
Meyarlar:
Müsabiqədəki işlər mövzu ilə əlaqəli və orijinal məhsul və hekayələri nümayiş etdirən sənətkarları müəyyənləşdirməyə çalışan dörd münsif heyəti üzvü tərəfindən qiymətləndiriləcəkdir.
Münsif heyəti üzvləri tərəfindən qiymətləndirilən ballar ümumi qiymətləndirmənin yalnız 50% -ni təşkil edəcək, digər 50% -i sənətçilər işlərinin sosial mediadan alacaqları səslərdən əldə edəcəklər.
Finalçılar işlərini təmsil edəcəkləri və əsərin hekayəsini danışacaqları qısa bir video-çarxı bizimlə bölüşməyə dəvət ediləcək və qalibləri İnstaqram səhifəmiz üzərindən elan edəcəyik!
Müsabiqədə iştirak pulsuzdur!
Müraciət üçün son tarix: Festivalın bir hissəsi olmaq üçün adınızı, soyadınızı, portfolionuzu, işlərinizi və sözlü qısa təsvirlərinizi 21 yanvar 2021-ci il tarixinədək [email protected] elektron poçtuna göndərə bilərsiniz.
Powered by Froala Editor