Elton Con anti-LGBTİ qanunundan sonra Kluninin Bruney otelləri boykotuna dəstək oldu


Müğənni boykot edilməsi lazım olan otellərin siyahısını tvit etdi

Elton Con Corc Kluninin gey vətəndaşları daş-qalaq etməyə və öldürməyə başlayacaq Bruney sultanının otellərini boykot etmək çağırışına qoşuldu. 

Bir neçə gün əvvəl aktyor və filmmeyker Corc Kluni Bruney sultanının otellərini boykot etməyə çağırmışdı. Otellərdən biri “Beverly Hills” həm LGBTQ icması, həm də məşhurlar arasında çox tanınırdı. 

İctimai etiraza baxmayaraq, Asiyanın kiçik krallığı Bruneydə bundan sonra homoseksuallar və zina ilə məşğul olanlar daşlanaraq öldürülmə cəzasına məhkum ediləcək.

“Sevginin elə sevgi olduğuna inanıram və istədiyimiz kimi sevməyi seçmək fundamental insan hüququdur”, - deyə Elton Con tvit atmışdı.

"Harada olmağımızdan asılı olmayaraq, mənim ərim David və mən dünyada milyonlarla LGBTQ+ insanının hər biri kimi şərəf və hörmətlə münasibət görməyə layiqik."


Həmçinin bax:

Corc Kluni Bruney sultanının otellərini boykot etməyə çağırdı