Butan homoseksuallığın dekriminallaşdırılmasına səs verdi
Butan 10 dekabr cümə axşamı günü homoseksuallığın cinayət məsuliyyətindən çıxarılmasına səs verdi.
24/Dec/20
1668
Kiçik Budist krallığı Butan 'əlamətdar gündə' homoseksuallığın cinayət məsuliyyətindən çıxarılmasına səs verdi.
Aktivistlər və proqressiv millət vəkilləri tərəfindən bir ildir davam edən qanunvericilik mübarizəsinin yekunu olaraq, Butan 10 dekabr cümə axşamı günü homoseksuallığın cinayət məsuliyyətindən çıxarılmasına səs verdi.
Butan Parlamentinin hər iki palatasının birgə iclasında millət vəkilləri ölkənin müstəmləkəçilik dövründən qalmış 2004-cü il cinayət məcəlləsinin iki müddəasını ləğv etdilər. 213 və 214 bölmələrinə əsasən, “sodomiya və ya təbiətin nizamına zidd olan hər hansı digər seksual davranış” olaraq təyin olunan “qeyri-təbii cinsi əlaqə” qanunsuz elan edilmişdir. Qanuna əsasən, homoseksuallıq bir aydan bir ilə qədər həbs cəzası ilə cəzalandırılırdı. Bununla birlikdə qanun çərçivəsində hər hansı aşkar ittihama rast gəlinməmişdir.
Milli Məclisin veb saytına əsasən, aşağı Milli Məclisin və yuxarı Milli Şuranın 69 üzvündən 63-ü məcəllənin dəyişdirilməsinin lehinə səs verib. Altı üzv bitərəf qalıb. Ortaq panelin sədr müavini, mərkəz sağçı Druk Phuensum Tshogpa millət vəkili Ugyen Wangdi Reuters-ə: "Homoseksuallıq indi qeyri-təbii cinsi əlaqə kimi qəbul edilməyəcək", - deyə bildirib.
İndi edilən dəyişikliklər Butan Kralı Jigme Khesar Namgyel Wangchuck tərəfindən təsdiqlənməlidir.
Menbe: PinkNews
Powered by Froala Editor